“Biz hamımız əvvəlki aylardakı vəziyyəti düzgün qiymətləndirmirdik. Heç kimin ağlına belə gəlməzdi ki, belə bir münaqişə yaranacaq”.
Bunu UEFA prezidenti Aleksander Çeferin Rusiya ilə Ukrayna arasında gedən hərbi münaqişəyə münasibət bildirərkən deyib.
Sloveniyalı funksionerin fikrincə, Rusiya klublarının avrokuboklarda iştirakı mümkün görünmür: “Münaqişə başlayanda hamımız bunun bir neçə həftə davam edəcəyini düşündük. Ona görə də nə olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Rusiya klublarının yenidən avrokuboklarda çıxış edəcəyinə əmin deyiləm”.
Çeferin bildirib ki, baş verənlər ən çox futbolçulara təsir göstərir: “Əlimizdən gələni edəcəyik ki, Ukrayna klubları öz turnirlərində oynaya bilsinlər. Artıq bir neçə dəfə demişəm: bütün ukraynalı və rusiyalı idmançılar üçün çox təəssüflənirəm. Çünki onlar, xüsusən də, rusiyalı futbolçular münaqişənin vurduğu ziyanı hiss edirlər”.
Qeyd edək ki, UEFA və FIFA fevralın 28-də Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıldığını elan edib.
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı
Türkiyə təmsilçisi “Beşiktaş” yeni baş məşqçi Vinçenzo İtalyanonun təyinatını açıqlayıb. Elchi.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssislə 2028-ci...





















Son şərhlər