“Yaşadığımız bölgədə yetərincə qarşıdurmalar var, bizim aramızda olan fikir ayrılıqlarının olmasının heç kimə xeyri yoxdur”.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Ukrayna müharibəsi həmrəyliyə, birliyə və sabitliyə hər zamankındən nə qədər çox ehtiyac olduğunu göstərdi. Nazirin sözlərinə görə, terrorla mübarizədə birgə əməkdaşlıq da son dərəcə vacibdir.
Bundan əlavə, Çavuşoğlu ölkəsinin Səudiyyə Ərəbistanına və BBƏ-yə Liviya, Yəmən və digər məsələlərlə bağlı mövqeyini açıqlayaraq, əməkdaşlıq tərəfdarı olduğunu bildirib.
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının...





















Son şərhlər