Çavuşoğlu: “Rusiya Ukrayna ilə danışıqlara yeni şərtlər əsasında qayıtmaq istəyir”

64

“Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazır olduğunu söyləyir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya bu danışıqların yeni şərtlər əsasında olmasını istəyir.

XİN başçısı bu şərtlərin Ukrayna tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğunu da diqqətə çatdırıb.