Çavuşoğlu ilə Koen arasında telefon danışığı baş tutdu

47

Türkiyə xarici işlər naziri Çavuşoğlu ilə İsrailin yeni xarici işlər naziri Eli Koen arasında telefon danışığı baş tutub.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çavuşoğlu Türkiyənin Fələstin məsələsi ilə bağlı həssaslığını və gözləntilərini İsrail xarici işlər naziri Eli Koenə xatırladıb və bu kontekstdə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin dünən Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətinin qəbuledilməz olduğunu bildirib.

Müzakirələr zamanı hər iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa gəlib.