"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Cahangir Hacıyev bütün sirlərini istintaqda açır

08 Dekabr 2015 - 11:11
in GÜNDƏM
FacebookVatsap
Cahangir Hacıyev bütün sirlərini istintaqda açır

Sabiq bankir əmlaklarının siyahılarını, gizli bank hesablarının nömrələrini, devalvasiyadan əvvəl həyata keçirilən əməliyyatlar haqda bütün məlumatları açıqlayıb

Bunu da oxuyun

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev dekabrın 4-də qandallandı. Bununla da “onu həbs etməyəcəklər” deyənlərin ən son arqumentləri əlindən alındı. Məhkəmə “Beynəlxalq Bank işi”nə görə həbsə alınan digərləri kimi, Cahangir Hacıyevin də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçdi. Əli qandallanan sabiq bankir məhkəmədən Bakı İstintaq Təcridxanasına etap olunub. 
Dekabrın 7-də isə məlum olub ki, tutulandan sonra C.Hacıyev daha bir vəzifəsini itirib. Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək. Bu barədə APA-nın sorğusuna cavab olaraq BFB-dən məlumat verilib. “Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır” deyə, məlumatda vurğulanıb. Hazırda C.Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.
Gələn məlumatlar onu deməyə əsas verir ki, “Beynəlxalq Bank işi” və onunla əlaqə olan digər işlər üzrə də həbslər olacaq.  “Yeni Müsavat”a daxil olan ən son məlumatlara görə, Cahangir Hacıyev ev dustaqlığında olduğu son aylar ərzində istintaqla sıx əməkdaşlıq edib. Bütün əmlaklarının siyahılarını, gizli bank hesablarının nömrələrini, devalvasiyadan bir neçə gün əvvəl həyata keçirilən bank əməliyyatları haqda bütün məlumatları ifadələrinə daxil edib. Onun qudası Eldar Mahmudovun əleyhinə ifadə verdiyi haqda da məlumat var.  Digər bir məlumata görə, “MTN işi” üzrə yaradılmış istintaq qrupunda Daxili İşlər Nazirliyinin müstəntiqləri də var. Həmin qrupda olan DİN müstəntiqləri paralel olaraq “Beynəlxalq Bank işi” üzrə də istintaq aparan qrupun üzvüdürlər.
 
Yəni Eldar Mahmudovun həbsi üçün DİN müstəntiqləri də Baş Prokurorluq qarşısında vəsatət qaldıra, Eldar Mahmudovun qudasının ifadəsi əsasında həbsini tələb edə bilərlər. Bununla belə, oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə həbs edilməməsi ətrafında müəmmalı vəziyyət davam edir. 
 
Onu tutduğu vəzifədən uzaqlaşdırandan sonra belə xəbərlər yayılmışdı ki, Eldar Mahmudov barəsində  ev dustağı qətimkan tədbiri seçilib.
Bu arada sabiq nazirin saxlanılma yeri haqda da məlumat almışıq. Bir neçə gün əvvələ qədər belə məlumat vardı ki, E.Mahmudovu Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarət altında Bakı ətrafındakı dövlət bağlarından birində saxlayırlar. Onu həmin bağ evinə oktyabrın sonunda Badamdardakı dəbdəbəli imarətindən çıxarılaraq yerləşdirildiyi bildirlirdi. Son məlumatlara görə, Eldar Mahmudov həmin bağ evindən növbəti dəfə dindirilməyə aparılarkən ciddi ürək krizi keçirib və MTN-in Bilgəh qəsəbəsində yerləşən sanatoriyasına aparılıb. Onun dindirilib-dindirilmədiyi haqda dəqiq bilgi yoxdur. Amma sabiq nazirin “istintaqla əməkdaşlıq etdiyi” deyilir. Onun və noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasovun dekabrın sonuna qədər həbs olunacaqları xəbəri də var.
 
Baş Prokurorluğun son məlumatına görə, MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. 
Baş Prokurorluğun açıqladığı siyahıdan sonra mediada ev dustağı edilən şəxsin MTN-in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova olduğu iddia edildi. Amma 19 nəfərlik həbs edilənlər siyahısında N.Mürvətovanın adı var. Bu halda isə ev dustağı edilən şəxsin, “Yeni Müsavat”ın yazdığı kimi, Eldar Mahmudov olması təsdiqlənir.
Previous Post

Cahangir Hacıyev bütün sirlərini istintaqda açır

Next Post

Düşmənin hərbi texnikası məhv edildi – VİDEO

Bənzər yazılar

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Next Post

Düşmənin hərbi texnikası məhv edildi - VİDEO

Düşmənin hərbi texnikası məhv edildi - VİDEO

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.