"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Cahandar BAYOĞLU: “Türk Konseyi Adriatikdən Sakit Okeanadək bir coğrafiyanın simgəsi olacaq”

30 Sentyabr 2019 - 13:29
in SİYASƏT
FacebookVatsap

Türk Dövlətləri Konseyi” dünyanın diqqət mərkəzində
Son zamanlar Azərbaycanın strateji önəmi qabardılmaqda və gündəmə gətirilməkdədir. İstər Güney Azərbaycan, istərsə də Quzey Azərbaycanın adı dünyanın bütün strateji mərkəzlərində daha çox hallanır. Orta Doğu, Balkanlar, Qafqazlar və Mərkəzi Asiyanın bu dördlü bölgəsəl inteqrasiyanın hədəfləri ilə bağlı çoxsaylı konseptlər irəli sürülür. Hətta bundan sonra dünya düzənində barış və istiqrarın, sosial-iqtisadi gəlişmələrin, güvənlik və dəyərlərin önəmliliyi ilə ilgili çoxsaylı uluslararası toplantılar keçirilməkdədir. Bu barədə ilginc açıqlamaları ilə diqqəti cəlb edən “BAY Düçüncə Ocağı” Başqanı Cahandar Bayoğlunun fikirlərini öyrənməyə çalışdıq. 

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

 – Cahandar bəy, bundan öncəki müsahibənizdə Orta Doğu, Qafqazlar və Anadoluda “Demokratik Dövlətlər Birliyi” ilə bağlı səsləndirdiyiniz fikirlər Azərbaycanın Güneyində, Türkiyədə və Azərbaycan Respublikasında ciddi oxucu kütləsi qazanıb və müzakirələrə səbəb olub. Siz Azərbaycanın “Azərbaycan Türkiyə Konfederasiyası” (ATA) və digər qonşu dövlətlərlə iqtisadi, siyasi, kültürəl əlaqələri necə qiymətləndirirsiniz?
– “Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) 160 milyonluq türk etnosunun dominantlığı ilə min illərdir bölgədəki problemlərin çözülməsi və region dövlətlərinin dünya sivilizaiyası üçün ciddi faktor olması ilə yanaşı, ATA-nın bütün qonşularla işbirliyində olmasını şərtləndirir. Bu həm də Azərbaycan və Türkiyənin Quzey-Doğu yönündə nüfuz dairəsinin genişlənməsində qonşu xalqlar arasında cazibə mərkəzinə çevrilməsi ilə sonuclanır. Biz artıq bu prosesin bütün işartılarını görürük. Azərbaycanın Türkiyə ilə işbirliyi, Xəzər ötəsində olan Mərkəzi Asiya Türk Dövlətləri ilə əlaqələrin genişlənməsi üçün təməli 1992-ci ildə qoyulan “Türk Dövlətləri Başçıları Konseyi” illər ötdükcə daha vacib olduğunu sübut etmişdir. 1992-ci ildə yaradılan bu Konsey sadəcə deklorativ bəyanatla elan edilsə də, əslində bu gələcək üçün bir mesaj idi. Keçmiş sovet rejimindən çıxan dövlətlər 70 il ərzində türklüyündən uzaqlaşdırıldığı üçün və dövlət başçılarının hələ də Moskvanın neoimperiya siyasətinin caynaqları üzərində olduğuna görə bu Konseyin işlək mexanizmi qurula bilməmişdi. İllər ötdükcə Azərbaycanın və Türkiyənin iradəsi ilə Konsey üzvü olan dövlətlər kültür, ədəbiyyat, sənət, mənəvi ədəbi əlaqələrin bağlılığının bərpası yönündə mədəniyyət nazirlikləri çərçivəsində TÜRKSOY quruldu. TÜRKSOY-un bu illər ərzində istədiyimiz qədər olmasa da, ortaq dil, ortaq ədəbi-kültürəl fəaliyyətlər sahəsində xeyli işlər görülmüşdür. “Türk Dövlət Başçıları Konseyi”nin Özbəkistan və Türkmənistan cümhuriyyətləri sonrakı illərdə Konseydən uzaqlaşmış, Konseyin bir çox uğurlu addımları Azərbaycan Respublikası, Türkiyə, Qzaxstan və Qırğızstanın üzərinə düşmüşdür. Onu da açıq şəkildə etiraf etməliyik ki, Türk dövlətləri arasında daha çox geniş əlaqələr Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti meqaprorjelərin genişlənməsi ilə geriyə addımı olmayan, xalqlarımızın bütünlüyü adına irəliləməkdə davam etmişdir. Digər Türk cümhuriyyətləri ilə olan işbirliyi arzu olunan səviyyədə olmamışdır. Bu gün hələ Türkmənistanla bir çox problemləri yaşamaqdayıq. Qapalı ölkəyə çevrilmiş Türkmənistan dövləti Xəzərin su səthinin və dibinin bölünməsində, TransXəzər nəqliyyat xəttinin açılmasında İran adlı ölkənin və özəlliklə Rusiyanın iradəsi ilə bu uluslararası səviyyəli prorjenin gerçəkləşməsinə mane olur. Son bir ildə Xəzərin su səthinin Xəzər hövzəsi dövlətləri arasında ədalətli şəkildə bölünməsində Türkmənistanın pozitiv addımları ümidverici olmuşdur. Son illərdə Mərkəzi Asiya Türk Dövlətləri arasında xüsusi əhəmiyyətə malik olan Özbəkistanda siyasi dəyişikliklərin baş verməsi  və Şövkət Mirzəyevin dövlət başçısı seçilməsi Mərkəzi Asiyada türk dövlətləri və Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında daha geniş mənada inteqrasiyanın yolunu açmışdır. 2018-ci ildə Qırğızstanın başkəndi Bişkekdə keçirilən “Türk Dövlət Başçılarının Konseyi” toplantısında Özbəkistan məşvərətçi səslə iştirak edib.

Yeri gəlmişkən bu məqamdan əcdad kökləri Hun Türklərinə dayanan və Avropanın mərkəzində yerləşən Macarstan dövlətinin də bu toplantıda məşvərətçi səslə iştirakı olduqca önəmli sayılmalıdır. Zaman keçdikcə, özəlliklə də Türkiyə Cümhuriyyətinin Orta Doğu, Qafqazlarda və bütünlüklə dünya dövlətləri arasında bağımsız siyasət yürütməsi sonucunda “Türk Dövlətləri Konseyi”nin əhəmiyyətini daha da gücləndirmişdir. Məhz belə olduğu üçün, Türk dövlətləri arasında mövcud ortaq işbirliyi “Türk Dövlətləri Konseyi” çatısı altında genişləndirilməsi və dərinləşdirilməsi həmin dövlətlərin daxili tələbatına çevrilmişdir. Məhz bu tələbatlardan irəli gələn şərtlər və standartların sonucu kimi, bu ilin sentyabr ayında Azərbaycanın başkəndi Bakıda ilk dəfə olaraq “Türk Konseyi”nə daxil olan dövlətlərin təhlükəsizlik xidmətlərinin görüşündə “Türk Dövlətlərinin Təhlükəsizlik Xidmətləri”nin daimi işləyən ortaq qurumunun yaradılması və mərkəzi aparatının Ankarada yerləşməsi qərara alınıbdır. Hunqariyanın (Macarstan) başkəndi Budaşeptdə isə “Türk Dövlətləri Konseyi”nin daimi işləyən ofisi açılmışdır. Sevindirici haldır ki, Özbəkistan dövləti “Türk Konseyi”nin daimi üyəliyinə daxil olmaq barəsində xüsusi qərar vermişdir. Türkmənistan isə, Konseyə məşvərətçi üyə olacağını rəsmən açıqlamışdır. Bu il oktyabr ayının 14-15 tarixində Bakıda “Türk Konseyi”nin dövlət başçılarının xüsusi toplantısı gözlənilir. Bu toplantıdan Konseyin işlək qurumlarının yaradılması haqqında qərar verməlidir.
– Konseydə sizin fikrinizcə hansı qərarların verilməsini daha vacib hesab edirsiniz?

– Biz hesab edirik ki, “Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) nəzərdə tutulan işlək qurumlar “Türk Konseyi”ndə də yaradılmalı və daimi işləyən aparatı və rəhbər orqanları qurulmalıdır. Beləliklə “Türk Konseyi” Azərbaycan və Türkiyə Konfederasiyasının (ATA) eyniliyini yaratmaqla Adriatik dənizidən Sakit Okeana qədər bir bölgədə yaşayan xalqlar və dövlətlərarası qarşıdurmaların aradan qaldırılması, demokratik təsisatların yaradılması, bölgədə ekspansiya, təzyiq, işğalçılıq və hegemonluq hallarının aradan qaldırılmasına gətirəcəkdir.

– Xəzər hövzəsinə daxil olan İran adlı ölkənin ərazisində Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin yaranacağını bildirmisiniz. Bəs Rusiya dövlətini necə görürsünüz?
– Bölgədə gedən siyasət və dünyada baş verən dəyişkənliklərin fonunda onu da xüsusi olaraq qəbullanmaq lazımdır ki, Rusiya Federasiyasının demokratikləşmə prosesi bitənədək bu dövlətin “Türk Konseyi”ndə gözləmçi üyə kimi iştirakı məqsədə uyğun sayılır.
– “Türk Konseyi”nin tərkibində hansı qurumların yaranması daha aktualdır?

– Nəqliyyat və kommunikasiya vasitələri üzrə projelərin gerçəkləşməsi üçün meqa proyeklərin reallaığa çevrilməsi dövlətlərarası iqtisadi münasibətlərin tənzimlənməsi, ortaq bazarın yaradılması, ortaq bank və valyutanın yaradılması, istehsalat sahələrinin yaradılması üçün iqtisadi inkişaf qurumları yaradılmalıdır. Xarici təcavüzdən qorunmaq üçün ortaq savunma (müdafiə) qərargahı yaradılmalıdır.

Dilimizin ortaqlaşması üçün ortaq yayım-basın (KİV) və informasiya agentlikləri fəaliyyətə başlamalıdır. Mənəvi birliyimizin təmin edilməsi üçün Konseyin ortaq inanc mərkəzi yaradılmalıdır ki, bu mərkəzdə bütün dövlətlərin dini rəhbərləri və qurumları təmsil olunaraq inanclarımıza yönəlik dağıdıcı, aşındırıcı və missioner fəaliyyətlərin qarşısı alınsın.

– Cahandar bəy, Quzey sınırımızda, yəni Rusiyada yaşayan müsəlman və türk soylu toplumlarla işbirliyi necə olmalıdır?
– “Türk Konseyi”nin işlək qurum və quruluşları yaradıldıqca Rusiya Federasiyası ilə danışıqlar aparıb sınır bölgəmizdə olan qardaş toplumların, Türk Konseyi”nə üyə olan dövlətlərə gediş-gəlişlərinin sərbətsləşdirilməsini anlaşmalıdır. Bu, təkcə Quzey sınırmıza aid deyil, eyni zamanda Qazaxstanın quzey sınırları boyunca yaşayan türk toplumlarına şamil edilməlidir. Əsasını TÜRKSOY-la qoyulan ədəbi, mədəni, kültürəl əlaqələr daha da genişlənməli, milli-mədəni haqlar geniş şəkildə inkişaf etdirilməlidir. “Türk Konseyi”nə daxil olan dövlətlərin kültürəl, mədəni, ədəbi və tarixi proqramların icrasına və yaşadıqları bölgələrdə tətbiq olunması üçün şərait yaradılmalıdır. Ortaq türkcəmizin formalaşmasında bu toplumların dillərində işlədilən söz və sözcüklərdən istifadə edilməsi üçün həmin toplumların alimləri işbirliyinə cəlb edilməlidir.

Rusiya dövləti insan haqlarına dayanan bu anlaşmaya yardımçı olarsa, gündəmə gələn bu proses daha çox Rusiyanın öz xeyrinə olar və Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsinə gətirib çıxaracaqdır. Bu məsələ sadəcə Rusiya Federasiyasına aid deyil. Qonşşu Gürcüstan, Əfqanıstan və Pakistana da şamil edilməlidir. Beləliklə “Türk Konseyi”nin Azərbaycan Respublikası, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızstan, Qazaxstan və Hunqariya (Macarstan) qurucu və daimi üyələri, Rusiya Federasiyası, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikstan və Monqolustan dövlətləri isə, məşvərətçi üyələri olurlar.
(ardı var)
Söhbətləşdi Ənvər Yusifoğlu 

Previous Post

Cahandar BAYOĞLU: “Türk Konseyi Adriatikdən Sakit Okeanadək bir coğrafiyanın simgəsi olacaq”

Next Post

Çinin enerji nəhəngi yeni neft yatağı kəşf edib

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post
Çinin enerji nəhəngi yeni neft yatağı kəşf edib

Çinin enerji nəhəngi yeni neft yatağı kəşf edib

Çinin enerji nəhəngi yeni neft yatağı kəşf edib

Çinin enerji nəhəngi yeni neft yatağı kəşf edib

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.