Cənubi Koreya hakimiyyəti Rusiya və Belarusa qarşı sanksiyalardan yayınmağa qarşı mübarizəni gücləndirəcək. Elchi.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik aidiyyəti orqanlarla birlikdə fevralın 24-dən qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq icazəsi alınmalı olan malların qanunsuz ixracına qarşı mübarizəni gücləndirməyi planlaşdırır və belə məhsulların siyahısını genişləndirir”, – deyə materialda deyilir.
Əlavə olaraq bildirilir ki, fevralın 23-də ABŞ Cənubi Koreya şirkətlərindən birinə qarşı təhqiqata başlayıb. Onun Rusiya ilə əlaqələri, o cümlədən pilotsuz təyyarələrin istehsalı üçün lazım olan çiplərin tədarükü ilə bağlı şübhələr var.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın Rusiyaya avtomobil tədarükünə qadağaları sərtləşdirmək planları barədə məlumat yayılmışdı. Xüsusilə, Seul işlənmiş avtomobillərin tədarükünü çətinləşdirmək istəyir.
Havar Şəfiyeva