İspaniyanın cənubundakı Qranada əyalətində üç yeni zəlzələ binalara ziyan vurub. Əlhambra Sarayı kompleksi də daxil olmaqla bir neçə muzey və idman obyekti ehtiyat tədbiri olaraq bağlanıb və turistlərin ziyarətləri məhdudlaşdırılıb.
Elchi.az xəbər verir ki, milli Coğrafiya İnstitutu (IGN) çərşənbə axşamı qeydə alınan zəlzələlərin hər birinin 4.0 bal gücündə olduğunu açıqlayıb. Əndəlüs regional fövqəladə hallar üzrə rəsmisi Antonio Sanz ən azı üç nəfərin yüngül xəsarət aldığını və bir uşağın xəstəxanaya aparıldığını bildirib.
Əlhambra Sarayına ziyarətlərə məhdudiyyətlər
Son təkanlar şənbə günü Qranadada baş verən 5.0 bal gücündə zəlzələdən sonra baş verib.
Şənbə günü baş verən təkan tarixi tikililərə heç bir ziyan vurmasa da, çərşənbə axşamı baş verən zəlzələlərdən sonra hakimiyyət orqanları İslam memarlığının ən vacib nümunələrindən biri olan Əlhambra Sarayı kompleksinin bəzi hissələrinə turistlərin girişini dayandırıb. Qranada əyalət administrasiyası inzibati binaların, muzeylərin və idman obyektlərinin bağlandığını, zəruri səhiyyə mərkəzlərinin isə açıq qaldığını açıqlayıb. Qranada metrosu ehtiyat tədbiri olaraq sürətini saatda 30 kilometrə endirib və şəhərdəki bəzi otellər təxliyə edilib.
Şayəstə




















