Cənubi Koreya prezidenti Yundan kommunizm xəbərdarlığı

114

Cənubi Koreya prezidenti Yoon Suk-Yeol ölkəsinin ABŞ və Yaponiya arasında əməkdaşlığın inkişafında risk görən “kommunist totalitar qüvvələri” tərəfindən təhdid altında olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi yanında Koreya Milli Diplomatik Akademiyasının 60 illik yubileyi münasibəti ilə çıxış edən Yoon ölkənin liberal demokratiyasının “kommunizm” təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
“Liberal demokratiya və bazar iqtisadiyyatı Cənubi Koreya Respublikasının sülh və rifahını qoruyan qüvvələrdir”, – Yoon deyib.
Ölkənin azadlığının təhdid altında olduğunu bildirən Yoon, “Kommunist totalitar qüvvələr və onların fürsətçi ardıcılları və anti-dövlət qüvvələri hələ də anti-Yapon əhval-ruhiyyəsini gücləndirir”-deyib.

Nuranə Məmmədova