Şimali Koreya lideri Kim Çen Inın qızı Ju Ae, xalq qarşısında çıxışını nəzərə alsaq, atasının yerinə keçə bilər. Elchi.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, KXDR liderinin varisinin kimliyi ilə bağlı bu fərziyyə ilə Cənubi Koreyanın birləşmə naziri Kim Yonq Ho çıxış edib.
“Hazırda biz bu ehtimalı istisna edə bilmərik. Son fəaliyyətləri nəzərdən keçirərkən yeni imkanlara açıq olmalıyıq”, – deyə nazir bildirib.
Təxminən 10 yaşında olduğu güman edilən Joo Ae ilk dəfə 18 noyabrda atası ilə birlikdə “Hvasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısında çıxış edib. Ho həmçinin qeyd edib ki, Şimali Koreyada yüksək səviyyəli rəhbərliyin varisliyinin formal sisteminin olmaması rejimi əsaslı olaraq qeyri-sabit və əhəmiyyətli dərəcədə həssas edir.
Qeyd edək ki, bundan əvvəl Kim Çen In Rusiya ilə KXDR arasında dostluğun gücləndiyini açıqlayıb. Onun sözlərinə görə, bu, onun Rusiya prezidenti Vladimir Putinlə görüşündən və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun KXDR-ə səfərindən sonra baş verib.
Havar Şəfiyeva