Çəki atmağınıza mane olan qidalar

🗓 22.05.2023 21:52 ✍️ "Elçi" qəzeti
Çəki atmağınıza mane olan qidalar

Bəzən nə qədər pəhriz saxlasanız da çəki ata bilmirsiniz. Bəs görəsən, bunun səbəbi nədir? Elchi.az xarici mediaya istinadən çəkinizin azalmamasının səbəbini təqdim edir: Hər kəs eyni pəhriz forması ilə arıqlaya bilməz. Hər kəsin orqanizmi pəhrizə müxtəlif reaksiya verir. Nə qədər yediyinizin, nə seçdiyinizin, etdiyiniz idmanın orqanizminizə uyğun olub-olmaması önəmlidir. İlk növbədə hər gün yediklərinizin kalorisini hesablamağı unudun. Ağ çörək - Kalorisi çox olmasa da, tez-tez acmağınıza səbəb olacaq. Buna görə də ilk növbədə qida rasionunuzdan ağ çörəyi çıxardın. çörək sevirsinizsə, onu qara çörəklə əvəzləyin. Çips yemək - Bu, arıqlamaq cəhdinizi yerə vuracaq. Yağlı, ətlə boş olan yeməkdən daha çox kalorisi var. Quru meyvə - Çoxları elə bilir ki, pəhriz zamanı quru meyvə yeyə bilərlər. Qurudulmuş meyvənin tərkibində şəkər daha çoxdur. Bunun üçün təbii meyvə yeməyiniz daha uyğundur. Dondurma - Tərkibi yağla boldur. Buna görə də çəki atmaq istəyənlərin yeməsi məsləhət deyil. "Fast food" - Tərkibində olan yağlar orqanizmdə uzun müddət qalır. Onları yox etmək çox çətindir. Tək piylənməyə səbəb olmur, orqanizmin tez yaşlanmasına gətirib çıxarır. Qurabiyə - İstər şokolad, istər fındıqlı forması orqanizmə ziyandır. Sosiska, kolbasa - Çalışın bacardığınız qədər az istifadə edəsiniz. Çünki orqanizmdə uzun müddət qalır, çətin həzm olunur.

Bənzər yazılar