Cəbrayılda tullantıların təkrar emalına başlanıldı – Video

95

Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

Elchi.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Təkrar emal nəticəsində tikintidə istifadə olunabilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.

Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə qənaət ediləcək.