"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Bəs dişlərlə sümük hanı?..” – İlkin məhkəmədə etiraz etdi, ilginc detallar AÇIQLADI

29 Sentyabr 2022 - 13:06
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı öldürərək meyitini yandırmaqda təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.

Sentyabrın 28-də keçirilən prosesdə sənədlər tədqiq olunub. Cinayət işindəki 11-ci cild tədqiq edilib. İlkin Süleymanov və vəkilləri bildiriblər ki, tibbi rəylərdə ciddi ziddiyyətlər var.

İlkin Süleymanov məhkəmənin nəzərinə çatdırıb ki, yandırılmış meyitin başındakı zərbəylə bağlı tibbi rəydə 5 zərbədən söhbət gedir. Həmin zərbələrdən ikisi dəlib keçmiş və kəllə sümüyünü sındırmış zərbələrdir.

“Müstəntiq mənə bir zərbə yazdırıb axı. Bəs qalan zərbələr necə əmələ gəlib”, – deyə İlkin Süleymanov hakimə sual verib.

Vəkillər bildirdilər ki, praktik və məntiqi olaraq yastı daşla həmin xəsrətlərin yetyirilməsi mümkün deyil, həmin xəsrətlərə adekvat deyil. İstintaq deyir, bir zərbə vurulub, tibbi rəydə ən azı beş zərbədən söhbət gedir.

İlkin Süleymanovun meyitin üzərindən nümunə üçün götürülmüş saç tüklərindən də danışıb: “Gələk meyitin üzərindəki saç tüklərinə… Meyitin xarici müayinəsində göstərilib ki, saç tükləri şabalıdı rəngdə, uzunluqları 40 santimetrə qədərdir. Ancaq tibbi rəydə göstərilib ki, meyitdən götürülmüş saç tüklərinin ən uzunu 8 santimetrdir”.

İstintaqın verdiyi qərarla meyitin Nərmin Quliyevaya aid olub-olmadığını müəyyən etmək üçün genetik ekspertiza təyin olunub. Qərarda qan nümunəsi, iki ədəd diş nümunəsi və bazu sümüyünün 10 sm-lik hissəsi təqdim olunub. Ancaq ekspert rəyində tədqiqat obyekti olaraq yalnız qan nümunəsi qeyd edilib. İlkin Süleymanov yenə məhkəmədə sual verib – bəs dişlərlə sümük hanı?..”

İlkin Süleymanov bir sıra sənədlərin və ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib. Sonra məhkəmə İlkin Süleymanovun telefonunun yaddaşından aşkar edildiyi iddia olunan şəkilləri tədqiq edib. İlkin Süleynamov deyib ki, onu 6 yanvar 2021-ci il tarixdə saat 21 radələrindən Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında gətirərək orada saxlayıblar. Sənədlərdə saxlanılması 10 yanvar tarixinə qeydiyyata alınıb.

Vəkillər bildirib ki, məhkəmə kompüter texniki ekspertizasının rəyindən İlkin Süleymanovun telefonuna müdaxilə olunması aşkar şəkildə görünür: “Həmin vaxt telefon artıq məndə deyildi. Telefonuma qadın və pornoqrafik məzmunlu şəkillər yüklənən vaxt mən artıq polis idarəsində saxlanılırdım, telefonum polislərdə idi. Məndən telefonumdakı hesablara aid kod və parolları istəmişdilər, mən də vermişdim, bildirmişdim ki, bu ölüm işinin mənə aidiyyəti olmadığına görə gizlədəsi heç nəyim yoxdur. Onlar da sağ olsunlar, google hesabıma girişi əngəlləmək üçün kodu dəyişiblər, nəticədə vəkillərim hələ də həmin hesaba daxil ola bilmirlər ki, bir mütəxəssisə tədqiq etdirsinlər”. Hakim tərəflərin nəzərinə çatdırıb ki, məhkəmə istintaqı 1 il 6 aydır davam edir və istintaqı başa çatdırmaq üçün məhkəmə iclaslarını davamlı keçirmək lazımdır. Növbəti həftədən etibarən məhkəmə iclasları gündəlik keçiriləcək.

İlkin Süleymanov: “Məhkəmədə hakimlərə işgəncə izlərini göstərdim” |

Vəkil Zabil Qəhrəmanov deyir, ilyarımdır davam edən məhkəmə prosesi ibtidai istintaqın və ekspertizanın hansı səviyyədə aparıldığını üzə çıxarıb: “İstintaq elə aparılıb ki, məhkəmə başdan ayağa ziddiyyətli, təzadlı ifadələr, ekspertiza rəylərinin mərkəzində qalıb. İstintaqların heç birində İlkin Süleymanovun təqsirini sübut edəcək mötəbər sübut ortaya qoyulmayıb”. İki il yarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə 1 il 6 aydır davam edir. 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi başlanıb. İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.

Previous Post

“Bəs dişlərlə sümük hanı?..” – İlkin məhkəmədə etiraz etdi, ilginc detallar AÇIQLADI

Next Post

Paşinyan məqsədinə görə 3 erməni hərbçisini ÖLDÜRDÜ…

Bənzər yazılar

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30

Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya Bünyadov prospektində yolötürücüsü müayinə olunacaq. Elchi.az...

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir...

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09

Azərbaycanda faktiki hava açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən...

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51

Oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan...

Next Post
Paşinyan məqsədinə görə 3 erməni hərbçisini ÖLDÜRDÜ…

Paşinyan məqsədinə görə 3 erməni hərbçisini ÖLDÜRDÜ...

Paşinyan məqsədinə görə 3 erməni hərbçisini ÖLDÜRDÜ…

Paşinyan məqsədinə görə 3 erməni hərbçisini ÖLDÜRDÜ...

Son xəbərlər

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.