Bütün ölkələr sanksiyaların əleyhinə çıxdı
Yunanıstanın Rodos adasında 65 ölkəni təmsil edən 450 siyasi, dini, elm və ictimai xadimlərin
iştirakı ilə “Sivilizasiyaların dialoqu” dünya ictimai forumunun on ikinci sessiyası keçirilib.
Elchi.az RİA Novosti-yə istinadla bildirir ki, forumda sanksiyalar siyasəti, problemlərin hərbi yolla həll edilməsi əleyhinə çıxışlar səslənib və məktəblərdə mədəniyyətlərarası dialoqların tətbiq edilməsi çağırışları eşidilib.
Xatırladaq ki, 2002-ci ildə qloballaşma şəraitində dünya inkişafının alternativ yollarının axtarılıb tapılması məqsədilə yaradılan “Sivilizasiyaların dialoqu” DİF - beynəlxalq qeyri-kommersiya qeyri-hökumət təşkilatdır.
