Burkina Faso Fransanın Radio France Internationale (RFI) radiosunun yayımını dayandırdığını açıqlayıb.
Hökumət sözçüsü Jean Emmanuel Ouedraogo, terror təşkilatları Əl-Qaidə və İŞİD-lə əlaqəli qrupların orduya qatılan mülki şəxsləri təhdid edən mesajlar yayımladıqları səbəbiylə radionun fəaliyyətini ikinci bir bildirişə qədər dayandırdıqlarını bildirib.
Elchi.az xəbər verir ki, Açıqlamaya görə, radio öz mesajı ilə minlərlə Burkina-Fasonun orduya qatılmasının qarşısını almaq üçün terrorçuların manevrinə töhfə verib.
Burkina Faso hökuməti ötən ay başlatdığı kampaniya ilə milli və yerli səviyyədə 50 min əsgəri işə götürəcəyini açıqlayıb.
Bu il iki dövlət çevrilişinin baş verdiyi Burkina Fasoda təhlükəsizlik problemləri səbəbilə Fransa əleyhinə etirazlar keçirilib.
Qonşu Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir.
Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri də daxil olmaqla 2000 nəfər həlak olub.
Şayəstə