"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır?”

22 Yanvar 2016 - 15:31
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi:
– Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov son iqtisadi proseslər ilə bağlı müxalifət partiyalarının təkliflərini gözlədiklərini bildirdi. Sizin partiya olaraq hansısa təklifləriniz olacaq?
– Siyavuş Novruzovun açıqlaması ilə tanışam, amma biz həm partiya olaraq prezident seçkilərində, həm də mən deputat kimi parlamentdə belə təklifləri çox səsləndirmişəm. Elə sonuncu iclasda da bir neçə təklif səsləndirdim. Fikrimcə, bu, sadəcə hökumətin təkliflərə açıq olduğunu göstərmək üçün səsləndirilib. Mən dəfələrlə təklif etmişəm ki, hökumətin müvafiq strukturları iqtisadçı ekspertləri ve alimləri toplayıb, onlarla müzakirə  aparmalıdır.
İndiki məqamda ayrıca təkliflər paketi hazırlayıb hökumətə təklif etməyə lüzum görmürəm. İstəsələr, bizim təkliflərimiz dəfələrlə mediada və parlamentdə səsləndirilib.
 
“Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün İlham Əliyevin alternativi yoxdur”  
 
– Prezidentin son iclasında geniş özəlləşdirməyə start verilməsinin vacibliyini vurğuladı. Sizcə, hansı sektorlarda özəlləşmə aparılmalıdır?
– Azərbaycanda bir çox sahədə sürətli və təxirə salınmadan özəlləşdirmə həyata keçirilməlidir. Özəlləşmə kommunal sferadan başlamalıdır. “Azəriqaz”, “Azərişıq”, “Azərsu” kimi qurumlar özəlləşdirməyə çıxarılmalıdır. “Azərdəmiryolservis” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC,  AZAL, dövlət ali məktəbləri, olimpiya kompleksləri, səhiyyə müəssisələri, avtovağzal kompleksləri və bu kimi dövlət təşkilatlar kütləvi və sürətlə özəlləşdirilməlidir. Xüsusilə Beynəlxalq Bank özəlləşdirilməlidir. Özəlləşmə keyfiyyətin artırılması deməkdir. Məsələn, Beynəlxalq Bank özəl olsaydı, heç kim orda üçüncü sinif şagirdinin belə gəlirliliyinə inanmadığı layihəyə bir milyard vəsait ayırmazdı. Heç kim öz pulunu elə çölə tökməz. İnsanlar şəxsi əmlaka daha həssas və etibarlı yanaşırlar. Təbii ki, özəlləşmə zamanı sui-istifadə hallarına, korrupsiya elementlərinə yol verilməməlidir və prezident bunun üçün xarici mütəxəssislərin də cəlb olunacağını bildirib. Eyni zamanda özəlləşdirmə beynəlxalq şirkətlərin və güclü xarici investorların cəlb olunması hesabına aparılmalıdır. Məsələn, Azərbaycanda dəmir yollarının gəlirli edilməsi üçün milyardlarla investisiya yatırılmalıdır. Etiraf edək ki, illərlə səriştəsiz idarəetmə nəticəsində bu sahəyə düzgün investisiya qoyulmayıb. Dəmir yollarının beynəlxalq standartlara uyğun qurulmasına, sürət qatarlarının alınıb işlədilməsinə ehtiyac var. Bu cür bir infrastruktur qurulması turizmin inkişafına da kömək edər. Qəbul edək ki,  Azərbaycan investorları bu  məbləğdə vəsait yatırmaq imkanında deyil.
Fikrimcə, özəlləşmə ilə yanaşı digər islahatlar da sürətləndirilməlidir. Məsələn,  bəzi qurumların ləğvi, digərlərinin birləşdirilməsi müsbət addımdır. Hazırda hökumətin 40-dan çox üzvü var, bu qədər sıxlıq bizimlə müqayisədə heç bir ölkədə yoxdur. Sivil ölkələrin ən çox halda hökumətinin 10-11 üzvü olur. Məsələn Energetika Nazirliyinin fəaliyyəti nəyə lazımdır? Yaxud son qərarlardan sonra Nəqliyyat Nazirliyi nəyə lazımdır?  Diasporla İş üzrə Dövlət Komitəsi, hətta Xarici Kəşfiyyat Xidməti elə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərə bilər.
Eyni zamanda Azərbaycan miqrant axınının ola biləcəyi ölkələri istisna etməklə digər ölkələrlə viza rejimini təcili qaydada aradan qaldırmalıdır.
Həmçinin ölkədən pul çıxmasının qarşının alınması üçün inzibati yola əl atılması uzun müddət effekt verməyəcək. Bunun üçün təxirə salınmadan tədbirlər həyata keçirilməlidir.  Məsələn, hər il Azərbaycanda keçid balını toplaya bilməyən minlərlə insan qonşu ölkələrin özəl ali məktəblərinə daxil olurlar. Onların illik təhsil haqları ortalama 2000-2500 dollardır, daha yüksək olanları da var. Məncə, Azərbaycan özəl ali məktəblərinə TQDK imtahanlarından göstərilən balı toplamayan tələbələr arasında imtahan keçirmək səlahiyyəti verməlidir. Eyni zamanda hazırda özü xaricdə o cür təhsil alan tələbələrin də Azərbaycanın müvafiq özəl ali məktəblərinə köçürülməsinə şərait yaratmalıdır. Əgər burda arqument savadsızlığın stimullaşdırılması olacaqsa, axı indi də bu Azərbaycan vətəndaşları o cür təhsil alırlar. Sadəcə, onlar vəsaiti başqa ölkələrə ödəyirlər. Həmçinin Azərbaycanda dövlət qulluğuna qəbul üçün imtahanlar keçirilir. Orda şəffaflığın təmin olunması savadsız kadrın dövlət strukturuna yol tapmasının qarşısını alar.  Özəl struktur isə onsuz da savadsız kadrdan istifadə etmir, çünki bu onun gəlirliliyini azaldır.
Bu gün hər bir dövlət strukturunun işi ölkəyə, dövlət büdcəsinə daha artıq vəsait cəlb olunması üçün çalışmaq olmalıdır. Eyni zamanda vəziyyət xalqa doğru, düzgün izah edilməli, reallığı söyləyib, real məlumatlar verib, ondan çıxış yolu tapılmalıdır. Məsələn, iqtisadiyyat naziri Şahin Mustafayev parlamentdə bildirir ki, bu il Azərbaycan investorlarının ölkəyə bir milyard manatdan artıq investisiya yatırması gözlənilir. Axı hamımız bilirik ki, bu real deyil. Bunları deməkdənsə real vəziyyəti söyləyib, ondan çıxış yolları tapmaq lazımdır. Bundan basqa, qiymətlərin inzibati və qanunsuz olaraq hökumət tərəfindən tənzimlənməsi qanunun aliliyini şübhə altına alacaq və xarici investorları Azərbaycandan uzaqlaşdıracaq. Bu eyni zamanda bazara yeni iş adamlarının gəlişini çətinləşdirəcək, rəqabət mühitinin güclənməsinə imkan verməyəcək.
Amma bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, hazırkı məqamda Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün İlham Əliyevin alternativi yoxdur. Bu mənim qəti fikrimdir. Hamı ölkədə sabitliyi qorumalı və ona dəstək olmalıdır. Əks halda, hər kəs və ölkəmiz böyük fəlakətlə üz-üzə qala bilər.
 
“Bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır?”
– Azərbaycana xarici investorların cəlb olunmasının vacibliyindən danışdınız. Amma burda bir mühüm məqam var. Məhkəmə-hüquq sistemindəki problemlər…
– Tamamilə haqlısınız. İş adamı üçün yaranmış problemin məhkəmədə ədalətli həll olunacağına inanması çox vacibdir. Hamıya bəllidir ki, bütün normal iş adamları bir ölkəyə sərmayə qoymazdan əvvəl oradakı real mühiti dərindən öyrənir. İş adamları üçün ölkəyə yatırdıqları investisiyaya, mülkiyyətlərinə hüquqi təminatın olması çox mühümdür. Ona görə də məhkəmələrdə dərindən və təcili islahatlar aparılmalıdır. Bütün problemlərlə bağlı iş adamlarının prezidentə və ya Prezident Administrasiyasına çıxması mümkün deyil. Heç Administrasiya da bunu araşdırıb çatdıra bilməz. Və ümumiyyətlə, bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır? Ölkədə mülkiyyət hüquqi ilə bağlı etibarlı mühit yaratmaq lazımdır. Birdən görürsən ki, hansısa bir obyekti məhkəmə qərarı olmadan icra hakimiyyətinin göstərişi ilə buldozerə verib uçururlar.
Sahibkara təzyiqə, onun əmlakına qiymət qoyulması təcrübəsinə son qoyulmalıdır.
Elə Konstitusiya Məhkəməsi vaxtında kreditlərin milli valyuta ilə verilməməsi məsələsində ölkə Konstitusiyasının pozulmasının qarşısını alsaydı, bu gün kreditlərlə bağlı belə acınacaqlı vəziyyət yaranmazdı.
 
– Sizin Elman Rüstəmovu “AXC-dən qalma yararsız kadr” adlandırmağınız və bundan sonra o zamankı hökumətlə bağlı fikirləriniz həmin dövrün baş naziri Pənah Hüseyn tərəfindən Sizə qarşı sərt ittihamlarla cavablandırıldı…
– Açığı, onun müsahibəsini oxumağa ayıracaq vaxtım və həvəsim olmadı. Bunu qətiyyən onu aşağılamaq mənasında demirəm, doğrudan da Pənah Hüseyni ciddi adam qəbul etmədiyim üçün vaxt ayırmadım. Çünki o, lideri Elçibəyə xəyanət etmiş, hökumət başçısı olarkən müdafiə naziri Rəhim Qazıyev tərəfindən başına külqabı çırpılmış, digər nazir tərəfindən efirdə üzünə tüpürülmüş adamdır. Bütün bunlardan sonra belə istefa verməyə ləyaqəti çatmayan biridir. İndi Elçibəy müdafiəçisi olub və Əbülfəz bəylə “yüksək” münasibətindən danışır. Elçibəyin Pənaha münasibəti sədri olduğu AXCP-nin Ali Məclisinin onun partiyaya buraxılmaması barədə qərarıdır. Onun siyasi riyakarlığını isə vaxtilə Eldar Namazov “Panorama” qəzetində rəhmətlik Heydər Əliyevlə söhbətinin stenoqramını dərc etməklə sübut edib. Məncə, Pənah haqqında hələ bu qədər danışmağımız da çoxdur. O,  xalq hərəkatının üz qarası və siyasi tariximizin qara keçmişidir.
Previous Post

“Bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır?”

Next Post

“İslahatlar aparmaq üçün fürsətlər var, amma…”

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

"İslahatlar aparmaq üçün fürsətlər var, amma..."

"İslahatlar aparmaq üçün fürsətlər var, amma..."

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.