"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Büdcədə nələr dəyişdi? – Parlamentdə gərgin müzakirə

19 Fevral 2016 - 14:52
in İQTİSADİYYAT
FacebookVatsap

 

Bunu da oxuyun

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Mərkəzi Bankın inflyasiya proqnozu

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

“Azərtac” xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib: “Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir”.

Bundan sonra maliyyə naziri Samir Şərifov qanun layihəsini təqdim edib. Nazir bildirib ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır: “Həmçinin təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar yaranır. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır”.

Yenidən baxılacaq 2016-cı il icmal büdcə üzrə əsas dəyişikliklər barədə danışan nazir bildirib ki, 2016-cı il icmal büdcənin gəlirləri 15 mlrd. 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. “Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcəni neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat azalması hesabınadır”, – deyə o bildirib.

S. Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. Bildirib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib: “2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2% azdır. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz-bənd çoxdur”.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 milyard 290 milyon manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8% təşkil edəcək. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 mlrd. 810 mln. manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 mln. manat çoxdur.

“Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır”, – deyə palata sədri qeyd edib.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Previous Post

Büdcədə nələr dəyişdi? – Parlamentdə gərgin müzakirə

Next Post

“Onlar mənimlə eyni şərtlərdə yaşaya bilməzlər” – Millət vəkilindən təkliflər

Bənzər yazılar

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sahələrində ixtisaslaşmış "Karadeniz Holding"nin İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüşüb....

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 milyon ABŞ dolları təşkil edib. Elchi.az...

Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb. Elchi.az xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında...

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

23 Sentyabr 2026 - 12:04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib. ADSEA-dan Elchi.az-a...

Next Post

“Onlar mənimlə eyni şərtlərdə yaşaya bilməzlər” - Millət vəkilindən təkliflər

“Onlar mənimlə eyni şərtlərdə yaşaya bilməzlər” - Millət vəkilindən təkliflər

Son xəbərlər

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

23 Sentyabr 2026 - 18:11
Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

23 Sentyabr 2026 - 18:04
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

23 Sentyabr 2026 - 17:59
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr 2026 - 17:47
Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.