Bu gün Binəqədi və Zaqatala rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsində müxtəlif diametrli qaz xətlərinin köçürülməsi, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 7-ci mikrorayonun bir hissəsinin və 3126-cı məhəllənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan başqa, “Zaqatala” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar “Zaqatala-1 və 2-ci xətt” ölçü qovşağından bu gün saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Zaqatala rayonunun mərkəzi daxil olmaqla, Yuxarı Tala, Aşağı Tala, Muxax, Zəyəm, Car, Kebeloba və Çökək kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki,...





















Son şərhlər