“Bu zəfəri qəbul etməyən güclər var”-Qənirə Paşayeva

67

“Xalqımız zəfər bayramının sevincini yaşayır. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Qazilərimizi sevgi ilə salamlayıqır”. Elchi.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayeva deyib: “Təbii ki, bu zəfər Ali Baş Komandanımızın səyləri ilə qazanıldı. Son iki yüz ildə Azərbaycan torpaqlarının zorla alınmış bir hissəsini ilk dəfə olaraq geri qaytardıq. Cənab Prezident Cocuq Mərcanlı kəndində dediyi kimi, böytük qayıdışn başlanğıcı davam etdi. Bu gün biz zəfər gününə qədər gəldik. Bütün azərbaycanlılar birlik, həmrəylik nümayiş etdirdi. Bu birliyi bu gün və davam da nümayiş etdirməliyik. Çünki bu zəfəri qəbul etməyən güclər var və onlar Ermənistanın arxasında açıq və ya gizli dayanaırlar”.