Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günləri məlum olub.
Elchi.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar tarixləri isə yeni ilin gəlişi ilə bağlı qeyri-iş günüdür.
Onu da nəzərinizə çatdıraq ki, 31 dekabr – 1 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomatik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin hələ ki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir....





















Son şərhlər