Azərbaycan ekoloqlarının Laçın yolunda aksiyası böyük uğura gətirib çıxardı.
Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın “dövlət naziri” postundan göndərilməsinə münasibət bildirərkən deyib.
O, Vardanyanın istefasının əsas səbəbi kimi, Azərbaycanın belə bir tələblə təzyiq etməsini göstərib.
Markov hesab edir ki, nə İrəvan, nə də Moskva Vardanyanı dəstəkləyib.
Rusiyalı politoloqun sözlərinə görə, ermənilərin Qarabağdan köçü başlayacaq.
“İndi aydındır ki, heç bir xüsusi maneə olmadan iki il yarımdan sonra bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək”, – Markov əlavə edib.
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.






















Son şərhlər