Torpaqlarımız azad ediləndən sonra Azərbaycan UNESKO-ya dəfələrlə müraciət edib.
Elchi.az xəbər verir ki, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, bütün bu müraciətlərə baxmayaraq, UNESKO missiyasını yerinə yetirməyib, öz öhdəliyini icra etməyib:
“Bu təşkilatın siyasi motivlər üzərində texniki missiyanı həyata keçirməməsi onun nüfuzuna böyük bir xələl gətirib. Konfransdan istifadə edərək UNESCO-ya çağırış edirik və öz mandatını yerinə yetirməyə səsləyirik”.
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq
Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında cənub küləyi...





















Son şərhlər