Avstraliyanın “Hypersonix” şirkəti ABŞ Müdafiə Nazirliyi üçün kompozit materiallardan 8600 km/saat sürətə çata bilən hipersəs pilotsuz uçan aparat (PUA) hazırlayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Avstraliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, PUA 3D printerdə hazırlanacaq, ekoloji cəhətdən təmiz olacaq və hidrogen mühərriklə təchiz ediləcək.
“Hypersonix” şirkətinin idarəedici direktoru və həmtəsisçisi Devid Vaterhausun sözlərinə görə, PUA-nın uçuş məsafəsi azı min kilometr olacaq və təxminən 10 kiloqram yük daşıya biləcək. İlk istehsal nümunəsinin 2024-cü ilin əvvəlinə hazır olması planlaşdırılır.
Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir
Bəzi avropalı diplomatlar və rəsmilər noyabrın 12-də Dublində iclası açılacaq Avropa Siyasi Birliyinin Fransa prezidenti Emmanuel Makronun 2027-ci ildə vəzifəsini...





















Son şərhlər