"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Bu qurumların DSMF-yə borcu artır

11 Dekabr 2017 - 17:48
in İQTİSADİYYAT
FacebookVatsap
Bu qurumların DSMF-yə borcu artır
2017-ci ilin iyulun 1-nə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcunun məbləği ilin əvvəlinə nisbətən 29,9 mln. manat və ya 9,3% artaraq 321,22 mln. manat göstəricisindən 351,14 mln. manat göstəricisinə qalxıb.

Hesablama Palatasından Elchi.az-a verilən məlumata görə, artım həm iri sığortaedənlər üzrə, həm qeyri-büdcə sektorunda fəaliyyət göstərən digər hüquqi şəxslər, həm də bələdiyyə mülkiyyətində olan digər təşkilatlar üzrə müşahidə olunub.

Bunu da oxuyun

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Qeyd edilən tarixə DSMF-nin debitor borclarının 59,18 mln. manatı (47,92 mln. manat borcun əsas məbləği, 11,24 mln. manat penya və maliyyə sanksiyaları, 0,02 mln. manat digər borclar) və ya 16,9%-i iri sığortaedənlər üzrə formalaşıb ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 10,53 mln. manat və ya 21,6% çoxdur. O cümlədən, artım borcun əsas məbləği üzrə 9,67 mln. manat və ya 25,3%, penya və maliyyə sanksiyaları üzrə 0,85 mln. manat və ya 8,1% təşkil edib.

Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci yarısının sonuna da iri sığortaedənlər üzrə DSMF-nin debitor borclarının əsas hissəsi – 30,53 mln. manatı və ya 51,6%-i “Azərsu” ASC-yə aid olub. Bu təşkilat üzrə Fondun debitor borclarının məbləği ilin əvvəlinə nisbətən 1,78 mln. manat və ya 6,2%, o cümlədən, borcun əsas məbləği 1,58 mln. manat, penya və maliyyə sanksiyaları üzrə borclar 0,21 mln. manat artıb.

Həmin tarixə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin DSMF-yə borcu 9,29 mln. manat (7,39 mln. manat borcun əsas məbləği, 1,89 mln. manat penya və maliyyə sanksiyaları, 0,01 mln. manat digər borclar) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 15,7%-i qədər təşkil edib ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 0,35 mln. manat və ya 3,9% çoxdur (o cümlədən, artım borcun əsas məbləği üzrə 0,33 mln. manat və ya 4,7%, penya və maliyyə sanksiyaları üzrə 0,01 mln. manat və ya 0,5% artıb).

“Azərenerji” ASC-nin də 2017-ci ilin əvvəlinə nisbətən I yarısının sonunda DSMF-yə borcu 0,13 mln. manat və ya 2,2% artaraq (o cümlədən, borcun əsas məbləği üzrə 0,13 mln. manat və ya 2,3%) 6,08 mln. manata (5,78 mln. manat borcun əsas məbləği, 0,3 mln. manat penya və maliyyə sanksiyaları) çatıb ki, bu da DSMF-nin iri sığortaedənlər üzrə debitor borclarının 10,3%-i qədərdir.

SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Azərbaycan Hava Yolları” QSC-nin də Fonda borcları 2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə artıb, artım SOCAR üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, “Azərbaycan Dəmir Yolları” QSC üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 mln. manat və ya 13,9%), “Azərbaycan Hava Yolları” QSC üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) təşkil edib. Cari ilin iyulun 1-nə bu təşkilatların DSMF-yə borcunun məbləği müvafiq olaraq 1,33 mln. manat və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,2%-i qədər, 3,03 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,52 mln. manat, penya və maliyyə sanksiyaları 0,51 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 5,1%-i qədər və 2,11 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,09 mln. manat) və ya qurumun iri sığortaedənlər üzrə debitor borclarının 3,6%-i qədər olub.

2017-ci ilin əvvəlinə “Azərkimya” İstehsalat Birliyi və “Azəriqaz” İstehsalat Birliyinin Fonda borcu olmasa da, 01.07.2017-ci il tarixə borcun əsas məbləği olmaqla “Azərkimya” İstehsalat Birliyinin DSMF-yə 0,01 mln. manat, “Azəriqaz” İstehsalat Birliyinin isə 1,45 mln. manat (Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,5%-i qədər) borcu yaranıb.

İri sığortaedənlərdən ilin əvvəlinə nisbətən Fonda borc məbləğlərində azalma yalnız “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə müşahidə edilib, bu təşkilatın DSMF-yə borc məbləği ilin əvvəlinə nisbətən 59,7 min manat azalaraq 372,5 min manat təşkil edib ki, bu da Fondun iri sığortaedənlər üzrə debitor borcunun 0,6%-i, ilin əvvəlinə olan müvafiq borc məbləğinin isə 86,2%-i qədərdir.

Qeyd edilən tarixə dövlət mülkiyyətində olan digər təşkilatların da Fonda borcu yaranıb, borc məbləği 4,98 mln. manat (o cümlədən, borcun əsas məbləği 4,42 mln. manat, penya və maliyyə sanksiyaları 0,56 mln. manat) təşkil edib ki, bu da DSMF-nin sığortaedənlər üzrə cəmi debitor borclarının 1,4%-i qədərdir.

2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə bələdiyyə mülkiyyətində olan təşkilatların DSMF-yə borcu cüzi də olsa artıb, artım 0,02 mln. manat və ya 0,2% təşkil edib, 01.07.2017-ci il tarixə bu təşkilatların Fonda borcunun məbləği 8,07 mln. manat (o cümlədən, borcun əsas məbləği 6,48 mln. manat, penya və maliyyə sanksiyaları 1,59 mln. manat) və ya Fondun sığortaedənlər üzrə cəmi debitor borclarının 2,3%-i qədər olub.

Previous Post

Bu qurumların DSMF-yə borcu artır

Next Post

Azərbaycanda 2500-dən artıq leykoz xəstəsi var

Bənzər yazılar

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

10 İyul 2026 - 12:28

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb. Elchi.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun...

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

10 İyul 2026 - 12:16

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək. Elchi.az xəbər verir ki, 14 vaqon propan və 5 vaqon gübrə...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

10 İyul 2026 - 11:23

Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

10 İyul 2026 - 11:20

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur. Elchi.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Next Post

Azərbaycanda 2500-dən artıq leykoz xəstəsi var

Azərbaycanda 2500-dən artıq leykoz xəstəsi var

Son xəbərlər

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

10 İyul 2026 - 14:22
ABŞ Ukraynaya yardımın nəticələrindən narahatdır

ABŞ Ukraynaya yardımın nəticələrindən narahatdır

10 İyul 2026 - 14:00
FHN: Taxıl zəmilərində bunlar qadağandır – Video

FHN: Taxıl zəmilərində bunlar qadağandır – Video

10 İyul 2026 - 13:30
Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

10 İyul 2026 - 13:14
Putinin reytinqi aşağı düşüb – SORĞU

Putinin reytinqi aşağı düşüb – SORĞU

10 İyul 2026 - 13:00
Süni intellekt üçün internet Bakcelldən

Süni intellekt üçün internet Bakcelldən

10 İyul 2026 - 12:45
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

10 İyul 2026 - 12:28
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

10 İyul 2026 - 12:16
Zelenski Trampın Ukrayna ordusuna münasibətini açıqladı

Zelenski Trampın Ukrayna ordusuna münasibətini açıqladı

10 İyul 2026 - 12:09
Çində daşqından zərər çəkmiş fermadan təxminən 900 ilan qaçdı

Çində daşqından zərər çəkmiş fermadan təxminən 900 ilan qaçdı

10 İyul 2026 - 11:57
İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub

İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub

10 İyul 2026 - 11:51
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

10 İyul 2026 - 11:42
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

10 İyul 2026 - 11:29
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

10 İyul 2026 - 11:23
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

10 İyul 2026 - 11:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.