"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Bu ölkəni dənizdən Türkiyə qoruyacaq – Anlaşma

23 Fevral 2024 - 16:18
in DÜNYA
FacebookVatsap

Türkiyə və Somali 20 ilə yaxındır ki, bir çox sahələrdə, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Somali coğrafi baxımdan strateji mövqeyə sahibdir. Belə ki, ölkə Hind okeanı və Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazına çıxan bir sahil xəttinə sahibdir. Şimalda yerləşən Efiopiyanın Somaliyə qarşı müxtəlif iddiaları, imperialist yanaşmaları var.

Bunu da oxuyun

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

NASA Marsda təəccüblü kəşf edib

Bu sözləri Elchi.az-a Somali ilə Türkiyə arasında imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi”nin Moqadişu tərəfindən təsdiqlənməsi haqqında danışan qardaş ölkənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Alim imzalanan müqavilənin Somali üçün həyati önəm daşıdığını vurğulayıb:

“Somalidə Efiopiyanın və bir sıra beynəlxalq güclərin dəstəklədiyi, Əl-Qaidə ilə yaxın əlaqələri olan Əş-Şabab terror təşkilatı ölkədə sabitliyi pozan başlıca faktorlardandır. Bəzi ölkələr terror vasitəsilə təbii sərvətlər ilə zəngin liman ölkəsi olan Somalini təsir altına almağa çalışırlar.

Digər tərəfdən Birləşmiş Ərəb Əmirliyinin də ölkədə təsiri güclüdür. Burada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, həm BƏƏ, həm də Türkiyə Somalidə ordunun hazırlığı ilə məşğul olur. Ancaq BƏƏ hazırlayacağı şəxsləri özü seçir, Türkiyə isə bunu hökumətin təqdimatı əsasında edir. Yəni Türkiyə Somalinin ordusunu yenidən qurur. Bütün bunlar fonunda ölkələrimiz arasında 8 fevral tarixində imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi”nin hökumət tərəfindən təsdiqlənməsi ilə qarşıdakı 10 il ərzində Somalinin dəniz sərhədlərinin qorunması Türkiyəyə həvalə edildi. Sənəd terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qanunsuz balıq ovuna qarşı mübarizəni əhatə edir. Bunun üçün Türkiyə və Somali birgə dəniz qüvvələri formalaşdıracaq. Qeyd edək ki, dənizə heç bir çıxışı olmayan 120 milyonluq Efiopiyanın 1 yanvarda ölkədən ayrılmaq istəyən Somaliləndlə anlaşma memorandumu imzalaması burada diqqətçəkən məqamdır. Somaliləndin separatçı hökuməti müstəqilliyini tanıması şərtilə Efiopiyaya liman vermək vəd edib. İmzalanan memorandum da bununla bağlıdır”.

Gökçə Türkiyənin Afrikaya yanaşmasının Qərb ölkələrindən tamamilə fərqləndiyini bildirib:

“Türkiyə bütün dünyada sülhün təmin olunması üçün çalışır və Qərbdən fərqli olaraq ancaq mənfəətimizi yox, dostlarımızı, qardaşlarımızı düşünürük. Somali Baş naziri Həmzə Abdi Barrenin ölkəmiz haqqında dediyi “Somali beynəlxalq arenada gerçək bir müttəfiqə, dosta və qardaşa sahib olacaq” sözləri də bunun əyani sübutudur.

Türkiyənin oradakı varlığı Misir ilə Efiopiya arasında olan gərginliyin də aradan qaldırılmasına müsbət təsir göstərəcək. 10 illik müddət bitdikdən sonra isə Somali özünü qorumaq üçün güclü donanmaya sahib olacaq”.

Previous Post

Bu ölkəni dənizdən Türkiyə qoruyacaq – Anlaşma

Next Post

Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Bənzər yazılar

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

13 Avqust 2026 - 11:16

10 avqustda Cənubi Amerika ölkəsi olan Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb. Elchi.az xəbər verir...

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

13 Avqust 2026 - 10:35

Texnologiya nəhəngi Google, süni intellektinin smartfon istifadə vərdişlərimizi kökündən dəyişdirəcəyinə inanır. Şirkətin məqsədi, istifadəçilərin hər bir tapşırıq üçün cihazlarını daim...

NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04

NASA-nın Perseverance roveri Marsda yaqut və sapfir əmələ gətirən minerallar tapıb. Elchi.az xəbər verir ki, NASA-nın Perseverance roveri Marsdakı Jezero Kraterində apardığı...

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23

"SpaceX" şirkətinin Polşanı "Starlink"in Avropa rouminq zonasından çıxarmasına cavab olaraq, XİN rəhbəri Radoslav Sikorski İlon Maska müraciət edib. Elchi.az-ın məlumatına...

Next Post
Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Son xəbərlər

FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

FHN mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə təlimi keçirdi – FOTO/VİDEO

13 Avqust 2026 - 11:30
Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13 Avqust 2026 - 11:23
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

13 Avqust 2026 - 11:16
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

13 Avqust 2026 - 11:08
ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

13 Avqust 2026 - 10:59
Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

13 Avqust 2026 - 10:46
Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

13 Avqust 2026 - 10:35
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27
Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

13 Avqust 2026 - 10:18
NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

13 Avqust 2026 - 09:52
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti 95.5 dollara satılır

13 Avqust 2026 - 09:44
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

13 Avqust 2026 - 09:35
Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın olub

13 Avqust 2026 - 09:27
Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini endirdi

Dünya bazarlarında neft ucuzlaşıb

13 Avqust 2026 - 09:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.