Qazaxıstanda pedofillər və uşaq qatilləri bundan sonra ömürlük həbs olunacaqlar.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
Müvafiq qanunu ölkə prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Belə cinayətlərə görə ömürlük həbs cəzası Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə alternativsiz cəzaya çevrilir. Dəyişikliklər həmçinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və döymə cinayətlərini cəzalandırır, qadınlara və uşaqlara qarşı zorakılığın istənilən təzahürlərinə görə məsuliyyəti sərtləşdirir.
Dəyişikliklər çərçivəsində intihara təhrik etmə beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. O, həmçinin yetkinlik yaşına çatmayanların, o cümlədən internet vasitəsilə zorakılığa məruz qalmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. Qanun məişət zorakılığı qurbanlarına yardım mərkəzlərinin təşkili və fəaliyyətini də tənzimləyir.
Yeganə





















Son şərhlər