Almaniya Rusiyaya qarşı siyasətinin dəhşətli bədəlini ödəyəcək. Bu fikri tarixçi Tariq Siril Amar bildirib. Elchi.az xəbər verir ki, onun sözlərini “Newsweek” yayıb.
Tarixçinin fikrincə, Qərbdə deyirlər ki, Rusiyanı məğlub etmək lazımdır, əks halda bütün beynəlxalq nizam dağılacaq və ona görə də özünü qorumaq lazımdır. Amma əslində ekspertin fikrincə, ən böyük problem Almaniyadan qaynaqlanır.
“Biz güman edirdik ki, Ukraynadakı münaqişənin iqtisadi yükü altında qalan ilk ölkə Rusiya olacaq. Lakin biz indi görürük ki, sanksiya silahları böyük ölçüdə iflasa uğrayıb. Rusiya iqtisadiyyatı sabitdir və hətta böyüyür. Bəs Almaniya əvvəlcə büdrəsə?”
Tarixçinin sözlərinə görə, almanlar hazırda Almaniya iqtisadiyyatının vəziyyətindən narahatdırlar. Onlar xarici maraqları dəstəkləyən siyasi elitaya inamlarını itiriblər, həmçinin hakim mərkəzçilərin dəyər və metodlarından məyus olublar. Qeyd edək ki, o, Almaniyanın idarəetmə modelinin ikili böhran yaşadığı fikrini də ifadə edib.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin ölkənin iqtisadiyyatının bərpası mərhələsinin başa çatdığını bəyan edib. O, Rusiyanın genişmiqyaslı beynəlxalq sanksiyalar şəklində Qərb ölkələrinin görünməmiş təzyiqlərinə tab gətirdiyini vurğulayıb.
Havar Şəfiyeva