KXDR Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib ki, ABŞ planetdə kütləvi qırğın silahlarının tətbiqi ilə bağlı ən böyük təhlükə mənbəyidir. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirir.
Şimali Koreyanın hərbi departamenti ABŞ Müdafiə Nazirliyinin kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə yeni strategiyasına şərh verib, burada Vaşinqton kimyəvi, bioloji və nüvə silahlarından istifadə ilə münaqişə riskinin artdığını qeyd edir.
“Kütləvi qırğın silahlarının istifadəsi ilə bağlı ən böyük təhlükəni ABŞ daşıyır”, – departament nümayəndəsi qeyd edib.
Havar Şəfiyeva