Slovakiya tərkibində təhlükəli pestisidlər aşkar edildiyinə görə Ukrayna taxılının emalı və satışına ciddi qadağa tətbiq edib.
Elchi.az xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
“Artıq Ukrayna taxılının və ondan alınan unların emalı və bazara çıxarılmasına ciddi qadağa qoyulub. Götürülmüş nümunələr AB-də icazə verilməyən və insan sağlamlığına mənfi təsir göstərən pestisidin mövcudluğunu təsdiqləyib”, – məlumatda bildirilib.
Slovakiya hökuməti ölkədə saxlanılan bütün Ukrayna taxılının yoxlanılmasına başlayıb. Rəsmi Bratislava AB-nin digər üzvlərini də məsələ ilə bağlı xəbərdar edib.
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Elchi.az Dövlət Statistika Komitəsinə...




















Son şərhlər