"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bu məntəqələrdə sürücüləri belə soyurlar – Şikayət etmək üçün yer tapıldı

11 Sentyabr 2015 - 20:36
in XƏBƏR LENTİ
FacebookVatsap
Neqativ hallarla qarşılaşan sürücülər 963 qaynar xəttinə zəng vuraraq şikayət edə bilərlər

Bakıda yanacaqdoldurma məntəqələri (YDM) öz müştərilərini aldadır. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-ə sürücülər məlumat veriblər. Sürücü Nicat Məmmədov deyir ki, dünən yanacaq doldurma məntəqələrinin birindən 4 manatlıq benzin doldurdub. Lakin avtomobil 2 kilometr hərəkət etdikdən sonra benzinin az olmasını göstərən qırmızı işıq yenidən yanmağa başlayıb. «Mən yanacaqdoldurma məntəqəsinə girəndə də maşının çənində az da olsa benzin vardı. Bu birinci hal deyil. Bundan qabaq da bir neçə dəfə oxşar hallarla qarşılaşmışam. Lakin hara mürəciət edəcəyimi bilmədiyimə görə bununla barışmalı olmuşam”,-deyə N. Məmmədov deyib.

Bunu da oxuyun

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

Keroni yolu – Gendovun birlik simvolu

Nicat Məmmədov kimi yanacaqdoldurma aparatlarından şikayət edən sürücülərimizin sayı kifayət qədərdir.

Abbas Həsənov adlı sürücü də yanacaqdoldurma məntəqələrinin verilən pul müqabilində az yanacaqla təmin etdiyini, həmçinin yanacağın keyfiyyətsiz olduğunu bildirdi.

Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrinin sayğacında yanacağın litrinə dair görünən rəqəmlər gedilən yolla üst-üstə düşmür. “Mənim avtomobilim 100 kilometr məsafəyə 7 litr yanacaq sərf edir. Bəzi vaxtlar yanacaq çəninə 60 litr (tam) yanacaq vurdururam və bu yanacaqla 800 kilometr məsafə qət edirəm. Ancaq bəzi hallarda isə heç 600 kilometr məsafə belə gedə bilmirəm. Bəzi məntəqələrdə sürücüləri daha çox aldadırlar.”- deyə sürücü əlavə etdi.

Sürücülər həmçinin yanacaq vurulan “tapança”larda 3 sürət növü olduğunu, onlardan yalnız birinci sürət növündə benzinin normal halda yükləndiyini, qalan sürət növlərində benzin daha sürətlə axdığı üçün yaranan köpük və qazın insanların aldadılmasına səbəb olduğunu da əlavə etdilər.

YDM -nin nəzarətçiləri və işçiləri isə sürücülərin dedikləri ilə razılaşmır.

Onlar iddia edirlər ki, aparatlar Almaniyadan gətirilir və müdaxilə edilməsi mümkün deyil. “Biz yanacağı avtomatik sistem vasitəsi ilə doldururuq. Ona görə də az yanacaq yüklənməsindən söhbət gedə bilməz. Daha çox 3-cü sürət növü ilə avtomobilə yanacaq doldurmağımızla razıyam. Buna da səbəb müştəri sıxlığının çox olması və həmin müştəriləri tez bir zamanda yola salmaq istəyimizdir. Lakin 1-ci “skoros”la vurmağımızı istəyənlərin də istəyini yerinə yetiririk. Camaatın birinci sürəti istəməsi isə yanacağın sürətlə getməsi və aldadılmaları ilə bağlı deyil. Yanacaq çəninin içində xususi bir aparat var. 3-cü sürətlə vuranda həmin aparat zədələnir ”,- deyə məntəqə nəzarətçisi dedi.

Mütəxəssislər isə sürücülər kimi məntəqə sahiblərini günahlandırır. Avto ekspert Azər Allahverənov deyir ki, YDM işçilərinin 3 növ sürət qutusu adlandırdığı sistem özü də düzgün işləmir. Hansı sürətə keçirirlərsə eyni təzyiqlə benzin vururlar.

“Azərbaycanda 1.3 milyon maşın var və onların hər birinin sürücüsünün yolu da bu məntəqələrdən keçir. Bu qədər insanın aldadılması yolverilməzdir,-deyə mütəxəssis bildirib. Ekspert belə neqativ hallarla üzləşən sürücüləri məhkəməyə və müvafiq qurumların qaynar xəttinə müraciət etməyə çağırırdı. Onun sözlərinə görə fırıldaqçılıq fəaliyyəti ilə məşğul olan işbazlara qarşı tətbiq olunan cərimələr artırılmalıdır. Eyni zamanda vətəndaşa təzminat ödənməlidir .

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə sürücülərin şikayətləri ilə razılaşmır. Onun sözlərinə görə, son dövrlər sürücülərin aldadılması hallarının sayı azalıb. “Yanacaqdoldurma məntəqələrinə nəzarəti komitənin tərkibində fəaliyyət göstərən texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidməti həyata keçirir. Həmin qurum da ildə iki dəfə məntəqələrə baxış keçirir və neqativ hallar olduğu təqdirdə aradan qaldırır.”- deyə xidmət rəhbəri bildirdi.

Onun sözlərinə görə, neqativ hallara daha çox regionlarda rast gəlmək mümkündür. “Regionlarda bəzi YDM aparatları köhnədir. Ona görə də, belə hallar baş verir. Məntəqələrin sürücüləri aldadılması öz təsdiqini tapsa İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə isə hüquqi şəxslərə isə 4000- 5000 manat məbləğində cərimələr tətbiq olunur.”-deyə Fazil Talıblı əlavə etdi.

O, əlavə etdi ki,yanacaqdoldurma məntəqələrində neqativ hallarla qarşılaşan şəxslər 963 qaynar xəttinə zəng vuraraq şikayət edə bilərlər.

Ümumiyyətlə dünya təcrübəsində yanacaqdoldurma məntəqələrinin insanları aldatması hallarına çox az hallarda rast gəlinir. Çünki bu işlə məşğul olan şirkətlər arasında azad rəqabət var. Daha çox müştəri cəlb etmək üçün bəzi YDM-lar hətta cəlbedici lotoreyalar da keçirir. Onlar bu yolla müştərilərinin sayını artırmaqla yanaşı , sürücülərin onların təklif etdiyi xidmətlərdən daha da razı qalmasına şərait yaradırlar.

Previous Post

Bu məntəqələrdə sürücüləri belə soyurlar – Şikayət etmək üçün yer tapıldı

Next Post

PKK-ya tarixin ən böyük zərbəsi vuruldu – Video

Bənzər yazılar

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49

Bəstəkar-ifaçı Aydan Əliyevanın Oğuz rayonunda möhtəşəm solo konserti keçirilib. Konsert Oğuz rayonunun ən böyük parkı olan Zərifə Əliyeva adına İstirahət...

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

14 Avqust 2026 - 13:38

Azərbaycanlı aktyor Ədalət Əbdülsəməd dünya şöhrətli aktyor Ceki Çanın baş rolda çəkildiyi yeni filmdə rol alıb. Aktyor açıqlamasında bildirib ki,...

Keroni yolu – Gendovun birlik simvolu

Keroni yolu – Gendovun birlik simvolu

14 Avqust 2026 - 12:30

Bəzi yollar var ki, onlar insanı yalnız bir məkandan digərinə aparmır. Bu yollar insanı keçmişinə, kökünə, doğulduğu torpağa, ata-baba yurduna...

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

13 Avqust 2026 - 15:14

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir. Elchi.az xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri...

Next Post

PKK-ya tarixin ən böyük zərbəsi vuruldu - Video

PKK-ya tarixin ən böyük zərbəsi vuruldu - Video

Son xəbərlər

DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

14 Avqust 2026 - 15:09
Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49
Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

Azərbaycanlı aktyor Ceki Çanın yeni filmində rol alıb

14 Avqust 2026 - 13:38
Keroni yolu – Gendovun birlik simvolu

Keroni yolu – Gendovun birlik simvolu

14 Avqust 2026 - 12:30
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

14 Avqust 2026 - 12:28
Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

14 Avqust 2026 - 12:26
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş Prokurorluq: Vətən Müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363 nəfər xəsarət alıb

14 Avqust 2026 - 12:19
Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb – VİDEO

Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb – VİDEO

14 Avqust 2026 - 12:11
ABŞ Ukraynada hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib

ABŞ Ukraynada hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib

14 Avqust 2026 - 12:05
Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57
Pensiyalar artımla ödənildi

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqust ayının pensiyaları ödənilib

14 Avqust 2026 - 11:44
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

14 Avqust 2026 - 11:23
Oman sahillərində neft sızması: Sızıntı materikə çatır

Oman sahillərində neft sızması: Sızıntı materikə çatır

14 Avqust 2026 - 11:17
İsrail Suriyada mülki yaşayış məntəqələrini atəşə tutur

İsrail Suriyada mülki yaşayış məntəqələrini atəşə tutur

14 Avqust 2026 - 11:08
9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

14 Avqust 2026 - 11:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.