Bu ilin birinci yarısında elmi müəssiə və təşkilatlarda, ali təhsil müəssisələrində keçirilmiş dissertasiya müdafiələrinə dair məlumat açıqlanıb.
Bu barədə Elchi.az-a Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından xəbər verilib.
Bildirilib ki, ümumilikdə 456 nəfər dissertasiya müdafiə edib. Bunun 207-si elmi müəssisələrdə, 249-u ali təhsil müəssisələrində olub.
389 nəfər fəlsəfə doktoru, 67 nəfər isə elmlər doktoru üzrə dissertasiya müdafiə edib.