"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Bu il pensiyalara neçə milyard manat xərclənib? — RƏSMİ

17 Noyabr 2017 - 11:02
in İQTİSADİYYAT
FacebookVatsap
Bu il pensiyalara neçə milyard manat xərclənib?
Cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 mlrd. 524,5 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 196,9 mln. manat və ya 8,5% çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Elchi.az-a verilən məlumata görə, vəsaitin 97,3%-ini pensiya xərcləri təşkil edib.

Bunu da oxuyun

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Qəzzada razılaşma əldə edildi! Tramp elan etdi

2017-ci ilin 9 ayı ərzində əhaliyə 67,7 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 24,8%-i hamiləliyə və doğuma görə, 25,1%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 14,7%-i dəfn üçün, 35,4%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

2017-ci il oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 325,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6%-ini təşkil edir. Onların 59,2%-i yaşa, 29,4%-i əlilliyə, 11,4%-i isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5% artaraq 203,7 manat təşkil edib və orta aylıq əmək haqqının 38,8%-nə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli 543–VQD nömrəli qanuna əsasən 2017-ci il 1 iyul tarixindən əmək pensiyasının baza hissəsi ləğv edilib və əmək pensiyasının minimum məbləği 110 manat müəyyən olunub. Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq yaşa görə pensiya almaq üçün kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

2017-ci il oktyabrın 1-i vəziyyətinə 376,1 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 24,8 min nəfər, əlilliyə görə – 156,5 min nəfər, ailə başçısını itirməyə görə – 41 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,3 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 54 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 354 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 8,8 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1022 nəfər bir yaşadək uşağa görə 1006 ailəyə və beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.

2017-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 74763 nəfərə, o cümlədən 64064 uşağın doğulmasına görə, 4500 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3785 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 2414 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

Cari ilin oktyabrın 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 428 nəfər zərərçəkən kompensasiya alıb.

Ölkədə 98,3 min aztəminatlı ailənin 404,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 36 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 27,5% azalıb.

Azərbaycan prezidentinin təqaüdünü almış şəxslərin sayı 59,3 min nəfər olub.

Previous Post

Bu il pensiyalara neçə milyard manat xərclənib? — RƏSMİ

Next Post

İlham Əliyev Özbəkistanın baş nazirinin müavinini qəbul etdi

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

31 İyul 2026 - 17:24

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin...

Qəzzada razılaşma əldə edildi! Tramp elan etdi

Qəzzada razılaşma əldə edildi! Tramp elan etdi

31 İyul 2026 - 10:19

ABŞ Prezidenti Donald Tramp Qəzzada Sülh Komitəsinin HƏMAS və digər bütün silahlı qrupların tamamilə tərksilah edilməsi üçün tarixi bir razılığa...

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

31 İyul 2026 - 10:10

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Elchi.az xəbər verir ki, Mərkəzi...

Next Post

İlham Əliyev Özbəkistanın baş nazirinin müavinini qəbul etdi

İlham Əliyev Özbəkistanın baş nazirinin müavinini qəbul etdi

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.