Yay girəndən çimərliklərdə həyatını itirənlər az olmayıb.
ANS TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev bildirib ki, yeniyetmələr və uşaqlar həmin qeyri-çimərlik ərazilərində çimirlər: “Bu da bir növ məktəblərin bağlanması ilə bağlıdır. Bəzən uşaqlar valideynlərini aldadırlar və icazə alıb dənizə gəlirlər və qeyri-çimərlik ərazilərində çimirlər”.