Siyasi şərhçi Aqşin Kərimov FB hesabında Rusiya-Ukrayna müharibəsinin hərbi cəhətləri barədə paylaşım edib.
Elchi.az sözügedən paylaşımı təqdim edir:
“Rusiya, ordusundakı itkiləri kompensasiya edəcək komplektləşdirməni həyata keçirə bilmir.
Səfərbərliyə cəlb olunanların təlimi də vaxt aparır və bu müddət ərzində Ukrayna əks-hücum əməliyyatlarını sürətlə və uğurla icra edir.
Rusiya hazırda əlində olan, yəni işğal etdiyi əraziləri saxlamaq üçün resurs sərf etsə də, çatışmazlıqlar ucbatından uğursuzluqlara düçar olur.
Putin hikkəsindən əl çəkməsə, qoşunların özünə gəlməsindən sonra növbəti hücumlar üçün əmr verə bilər. Qərb isə Ukraynaya silah tədarükünü gücləndirsə və Rusiya taktiki nüvə silahlarından istifadə etməsə, onda Putinin xəyalları yenə suya düşəcək!”.
Yeganə