Bu gün Minsk qrupunun həmsədrləri Bakıda görüşəcək

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfərə gəliblər.

“Report” xəbər verir ki, vasitəçilər bu gün Bakıda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer Bakıya bir qədər tez – fevralın 3-də gəlib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın bildirdiyinə görə, vasitəçilər fevralın 8-9-da Ermənistana səfər edəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə – Dağlıq Qarabağa səfər edəcəklər.

Bənzər yazılar

Next Post

Son xəbərlər