"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 Sentyabr 2025 - 11:25
in MƏDƏNİYYƏT
FacebookVatsap

Sentyabrın 18-i müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günüdür.

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

Elchi.az xəbər verir ki, bu gün Üzeyir Hacıbəylinin 140 illik yubileyidir.

Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Qarabağın Ağcabədi kəndində dünyaya göz açıb. Atası Əbdülhüseyin Hacıbəyov kənd mirzəsi, anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən olub. Onun üç qardaş və iki bacısı olub. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Şuşa şəhərinə köçüb. Bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi olub.

Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid “Leylinin qəbri üzərində Məcnun” (“Leyli və Məcnun” sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyub.

Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxuyub. Orada skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnib.

Dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub. Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub. 1905-ci ildə Bakıda ilk öncə Bibi-Heybət məktəbində, daha sonra “Səadət” məktəbində dərs deyib. Orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədib.
Elə o vaxtı Həyat qəzetində tərcüməçi olaraq işə başlayıb və sonra İrşad qəzeti ilə əməkdaşlıq edib. 1911-ci ildə musiqi təhsili almaq məqsədilə Moskvaya gedib və bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs alıb.

Sonra Sankt-Peterburqa köçüb və orada konservatoriyada bir il təhsil alıb.

1914–1918-ci illərdə “Yeni iqbal” qəzetinin redaktoru, sonra sahibi və daha sonra “Azərbaycan” qəzetinin redaktoru olub.

1922–1926 və 1939–1941-ci illərdə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Türk Musiqi Məktəbinə (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci) rəhbərlik edib. 1925-ci ildə Bakı İşçi Xalq Deputatları Sovetinin deputatı seçilib növbəti ildə isə ​​Azərbaycan Konservatoriyasının prorektoru olub.

1931-ci ildə xalq çalğı alətləri orkestrini, 1936-cı ildə isə dövlət xorunu təşkil edib.
Ömrünün son 10 ilində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

1945-ci ilin sentyabrında Hacıbəyli Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru təyin edilib.

1945-ci ildə qurulduğu gündən Azərbaycan SSR Elmlər Akademiyasının daimi üzvü və iki çağırış SSRİ Ali Sovetinin deputatı olub (1937- 1941-ci illər).

Üzeyir Hacıbəyli Şərqdə ilk operanın banisi kimi tanınıb. sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Daha sonra o, 1913-cü ildə məşhur “Arşın mal alan” operettasını yaradıb.

O, 1948-ci il noyabrın 23-də ürək çatışmazlığından vəfat edib və l Fəxri Xiyabanda dəfn olunub.

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir Musiqi Günü kimi qeyd edilir.

2009-cu ildən Azərbaycanda Üzeyir Hacıbəylinin xatirəsinə Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı yaxın və uzaq ölkələrdən olan əcnəbi musiqiçilər də iştirak edirlər.

Previous Post

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşıb – VİDEO

Next Post

Tramp bir qruplaşmanı terror təşkilatı elan etdiyini açıqlayıb

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post
Tramp bir qruplaşmanı terror təşkilatı elan etdiyini açıqlayıb

Tramp bir qruplaşmanı terror təşkilatı elan etdiyini açıqlayıb

Mədəniyyət naziri və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər

Mədəniyyət naziri və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər

Comments 6

  1. Tunar Əhmədov says:
    1 il ago

    Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki yeri haqqında məlumatlar çox maraqlıdır. Onu görəsən, belə bir dahi sənətkar Azərbaycana nə vaxt gətirib? Üzeyir Hacıbəylinin əsərləri bu gün də yaşayır, bu da onun nə qədər dəyərli olduğunu göstərir. Heç düşünmüşəm ki, onun musiqisi Azərbaycan xalqını necə təmsil edir?

    Reply
    • Kamran Əzizov says:
      1 il ago

      Bu gün Üzeyir Hacıbəylinin ad günü deyil, bu gün Milli Musiqi Günüdür. Üzeyir Hacıbəylinin əsərləri hələ də yaşayır, bu da onun nə qədər dəyərli olduğunu göstərir. O, həqiqətən də Azərbaycan musiqisinin gələcəyi idi. Allah rəhmət eləsin!

      Reply
  2. Lamiyə Heydərova says:
    1 il ago

    Çox gözəl bir yazı olub, Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verir. Bu cür dəyərli şəxsiyyətlərimizi unutmamalıyıq. Milli musiqimizin inkişafındakı rolu əvəzedilməzdir. Oxumağı hər kəsə tövsiyə edirəm.

    Reply
    • Araz Qurbanov says:
      1 il ago

      Bu yazı Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında çox ətraflı məlumat verir. Milli musiqimizin inkişafındakı rolu həqiqətən əvəzedilməzdir. Belə dəyərli şəxsiyyətlərimizi unutmamalıyıq.

      Reply
      • Xədicə Muradova says:
        1 il ago

        Bu möhtəşəm yazı Üzeyir Hacıbəylinin həyatının və yaradıcılığının nə qədər zəngin olduğunu bir daha göstərir. Milli musiqimizin inkişafındakı rolu həqiqətən də əvəzedilməzdir, necə ki əvvəlki şərhlərdə də qeyd olunduğu kimi. Belə dəyərli şəxsiyyətlərimizi unutmamalıyıq, çünki bu gün Azərbaycanda Milli Musiqi Günüdür və bu, məhz onun xatirəsinə həsr olunub. Üzeyir Hacıbəylinin davamçıları olaraq biz də onun irsini yaşatmalıyıq.

        Reply
        • Zülfiyyə Bədəlova says:
          1 il ago

          Vay, necə gözəl yazıb oxudum. Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu bu yazıdan lap yaxşı bildim. Əsl sənətkar, böyük ziyalı olub. Onun musiqisi, əsərləri hələ də yaşayır. Milli musiqimizin günü onun adını daşıyır, bu da çox yerindədir. Belə dəyərli insanları tanımaqdan çox sevinirəm.

          Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.