Bu gün Avro-2016-da seçmə mərhələ başlayır

🗓 07.09.2014 14:50 ✍️ "Elçi" qəzeti
Bu gün Avro-2016-nın seçmə mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə 3 qrupda 863029_res_01 oyun keçiriləcək. D qrupunda keçiriləcək Almaniya-Şotlandiya oyunu maraqla gözlənilir. İ qrupunda mübarizə aparan Portuqaliya isə Albaniya ilə qarşılaşacaq. Xatırladaq ki, milli komandamız Avro-2016-nın qrup mərhələsində ilk oyununu sentyabrın 9-da öz meydanında Bolqarıstana qarşı keçirəcək. 7 sentyabr Avro-2016-nın seçmə mərhələsi D qrupu 21:00. Gürçüstan - İrlandiya 23:45. Almaniya – Şotlandiya 23:45. Cəbəlüttariq – Polşa F qrupu 19:00. Macarıstan – Şimali İrlandiya 23:45. Farer Adaları – Finlandiya 23:45. Yunanıstan - Rumıniya İ qrupu 21:00.Danimarka – Ermənistan 23:45.Portuqaliya - Albaniya

Bənzər yazılar