"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bu, film deyil, Mətanət – Aysel Əlizadə yazdı

21 May 2015 - 11:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu, film deyil, Mətanət – Aysel Əlizadə yazdı

Bunu da oxuyun

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

Yazıya “ sən” lə başlayacaqdım. “Sən”lə də davam edəcəkdim.
Ancaq  peşəkarlıq,  dünya mədəniyyətindən mənimsədiyim ədəb qaydaları imkan vermədi. Yaraşmaz – dedim.
Gerçəkdən də hər kəs özünə yaraşanı edir.
Yanğınla bağlı yaşadığım, duyduğum, etdiyim şeylərdən danışmayacam. Bu barədə yalnız bir narahatlığım var, suçlu (lar) cəzasız qalacaqmı?..
“Mən” dən danışmaq kimi bir adətim yoxdu.
Səndən danışacam.  Mənə yaraşan, ancaq “sən”ə yaraşmayan “siz”dən, Mətanət.
Sizi izləmirəm. Heç vaxt və heç bir halda maraqlı deyilsiz mənə və ətrafıma. İlk dəfədi izləmədiyim, izləyə bilmədiyim bir televizyonçudan yazıram. Mən tənqid edəndə də professional saydığımı, çəkimə və ranqıma uyğun bildiyimi tənqid edirəm. Daha yaxşı ola biləcəyinə, istedadına inandığımı sözə çəkirəm. Və onların içində dostlarım da olur.
Siz istisnasız.
Adınız tez-tez ayaq-əl, ağız hərəkətləri ilə hallanır yazılı mətbuat və sosial şəbəkədə. Sizin məşhur “şpaqat” manevrinizi də sosial şəbəkədə izləmişəm. Dəhşətli bir şey görmədim. Adamlar niyə bu qədər qıcıqlanır, düşündüm. Nə var burda? Əyləncəli bir proqram aparıcısı müxtəlif trüklar edə bilər. ABŞ-ın birinci ledisi də idmanı, sağlam həyatı təbliğ edərkən arada “şpaqat” açıb örnək olur. Təbiidi.
Təbii olmayan sizsiz.  Moemin “Teatr” əsəri var. Ordakı sitat dəhşət xoşuma gəlir deyə tez-tez xatırlayıram. Rejissor aktrisaya deyir: “Təbii olma, təbii görün!”.
Sizdə isə heç biri alınmır. Kiməsə yarınmaq istəyəndə belə saxta alınır. Nemtsov Moskvanın ortasında öldürüləndə Rusiya dəydi bir-birinə. ORT dən Maksim Şevçenkonun aparıcılığı ilə siyasətçinin ölümü müzakirə olunurdu. Qonaqlardan biri mövzudan çıxıb üz tutdu cənab Putinin kürsüsünə. Dedi ki, bizim prezidentə üçüncü dərəcəli ölkələrin siyasətçiləri söz atır, aşağılayıcı tənqidlər səsləndirir. Onlar kimdilər, bu nə cəsarət? Buna son qoyulmalıdı filan. Aparıcı aydın məsələdi ki, hakimiyyətə bağlı bir TV-nin işçisidi. Ancaq məqam tapıb şit və bayağı  yarınma cümlələri qurmadı. Qonağın da sözünü kəsmədi. Bircə cümlə deyib sözü alıb başqasına ötürdü. Bilirsiz nə dedi? Bilməzsiz. Siz bunu heç vaxt bilməyəcəksiz.
Dedi ki, gerçəkdən də ləqayət hissi çox önəmlidi.
…Ona görə nə edirsiz edin, yaxşı görünmür. Mənim yazıq, aldanmış, əzilmiş, avam xalqım sizə əl çala bilər, ancaq gördüyünüz kimi ölkədə sizi alqışlayan aydın, intellektual yoxdu.
Bu, əslində sizə özünüzlə bağlı düşünmək üçün bir mesaj olmalıydı. Mən sonunda anladım sizin “şpaqat”ı niyə bəyənməyib xeyli tənqid etdilər. Adamlar bilirdi ki, yavaş-yavaş ayağınızı onların başına çıxarmağa hazırlaşırsız.
Televizordan xalqın başına dırmaşacağınızı hiss edən duyumlu insanlar varmış. Yanılmadılar da. Heç bir məsuliyyət hiss etmədən faciə yaşayan adamların qarşısına çıxıb yanğınla bağlı təsəlliverici, rəhmli fikirlər demək əvəzinə, “elə bilin küləkdi əsdi, keçdi, filmdi, oldu bitdi” dediz.
Faciəni şişirtməyin,  – dediz.
Faciəni şişirtmək olmur. Çünki faciə özü şişmiş hadisədi, böyük bəladı. Belə bir ifadəni yalnız satirada işlətmək olar. Onu da ustadlar elə faciənin özünü anlatmaq üçün edirlər. Necə ki, Üzeyir bəy edib. “Ey, kimsən orda, aç qapını, aç, gələk səni öldürək”. Xalq üçün bu, həm də ona görə faciədi ki, ona “aç qapını, gəlib səni evində öldürək” deyirlər.
İkincisi, faciə sözü nəsə ayrı bir anlam daşısaydı, məsələn, qarışqa sözünün sinonimi olsaydı belə, sizin efirə çıxan biri kimi əsəbləri tarıma çəkilmiş, doğmasına, qonşusuna, soydaşına və nəhayət, ailəsinə, özünə görə narahat olan, gərginlik yaşayan insanlara “sən Allah, qarışqadan fil düzəltmə” demək, pulqabı, pasport tapıb adamlara qaytarmısız deyə, onları gic yerinə qoymaq haqqınız yoxdu.
Və siz bu tərzinizlə təkcə özünüzün situasiyadan xəbərsizliyinizi deyil, işlədiyiniz yerdəki ab-havanı, münasibəti də açıb göstərdiniz. Təəssüf ki, sizin satira bacarığınız da yoxdu. Ortada isə “ağzı deyəni qulağı eşitmir” görüntüsü var. Üstəlik, ORT aparıcısından fərqli olaraq, dar macalda yarınmaq cəhdi ilə komik duruma düşüb özünüz satira qəhrəmanına çevrildiniz.
Yazını oxuyub özünüzü təhqir olunmuş hiss edirsiz? Bax, biz də siz balasını itirən adamlara “elə bilin küləkdi, əsdi keçdi, filmdi, bitdi” deyəndə təhqir olunduq.
Tərzinizlə, dediklərinizlə təkcə özünüzün deyil, televiziyanızın, rəhbərliyinizin cəmiyyətə, xalqa, insan amilinə, qanuna, hətta dövlət başçısına münasibətini açdınız, özünüz də bilmədən.
Çünki dövlət başçısı həmin axşam hadisə yerinə gəldi. İclas keçirdi. Günahkarlar cəzalanacaq sözü verdi. Səmimi narahatlığını, gərginliyini gizlətmədi. Gizlədə bilmədi.
Sizə bir bacı məsləhəti, gedin həmin yerə. Özünüz görün. Yazımın səbəbini dərindən hiss edəcəksiz, əminəm. İnsanlar özlərinə gələ bilmir neçə gündü. Onlara tamam yad olanların dərdinə şərik çıxırlar. Ətrafda yaşayanlar evlərində otura bilmir. Gedib o binanın yanında dururlar. Bu, çox ağrılı və acınacaqlı durumdu. Yanan binanın yanında dayanmaqla təskinlik tapır adamlar. Bir-birini görmək, yan-yana olmaq istəyirlər. Orda olan hər kəs bir-birinin üzünə baxır. Nəsə deməyi gəlir. Özünü yetim kimi hiss edir vətəndaş.
 Faciəylə bağlı dünən bir neçə yerli kanalı düymələdim. Aparıcıların insanlara ağıl qoyduğunu  gördüm. Lazım deyil, danışmayın, fikir bildirməyin. Alınmır. Eybəcər olur. Və əgər siz efir siyasətinin qurbanısınızsa, ləyaqətli qurban olun. Aparıcılıq söz toqquşdurma, şıllaq atma, su püskürmə deyil. Aparıcılıq sənətdi. Artistlik sənəti də deyil. Ayrıca bir işdir.
Hərəkətləri ilə saçından gülüşünə kimi saxta görünən adamların bətnində və qucağında körpəsini itirən anaya ağıl öyrətməsinə dözümüm yoxdu. Onların mənsub olduğum xalqı barmağına dolamasına sakitcə baxmaq xəyanət olar. Adamlar faciə yaşayır, kimlərsə, “danışmayın, emosiyasız olun”, deyir. Durduq yerdə evi yanan, balası yanan, dünənə kimi mutlu olan ailəsi darmadağın olan bir insana acıya bilməyəcəmsə, nə yazıçıyam, nə jurnalistəm, nə adamam?
Bu, film deyil, Mətanət. Bu acı gerçəklikdi. Sizə də belə bir filmdə baş rolda olmağı arzu etmirəm. Yalnız! O FACİƏNİ yaşayanlar bu həyat dramında istəmədən baş roldadırlar. Ən dəhşətlisi də odu ki, onları əzab dolu bu səhnəyə, sizin kimi amansız tamaşaçıların qarşısına itələyib çıxarıblar.

Previous Post

Bu, film deyil, Mətanət – Aysel Əlizadə yazdı

Next Post

İraq İŞİD-ə qarşı silahlanır

Bənzər yazılar

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə...

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

20 Noyabr 2026 - 22:28

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli...

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

20 Noyabr 2026 - 22:11

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil...

Dövlət Xidməti: Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

Dövlət Xidməti: Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub

20 Noyabr 2026 - 22:10

Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir. Elchi.az xəbər...

Next Post

İraq İŞİD-ə qarşı silahlanır

İraq İŞİD-ə qarşı silahlanır

Son xəbərlər

“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

21 Noyabr 2026 - 13:12
ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

21 Noyabr 2026 - 12:30
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi

21 Noyabr 2026 - 12:16
Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

Avtomobil almaq üçün götürdüyü 4 000 manat krediti tanışı oğurlayıb

21 Noyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

21 Noyabr 2026 - 11:41
İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

İran Hörmüzlə bağlı 2 şərt irəli sürdü

21 Noyabr 2026 - 11:39
Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik

21 Noyabr 2026 - 11:36
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu – YENİLƏNDİ

21 Noyabr 2026 - 11:30
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

21 Noyabr 2026 - 11:30
Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

Sumqayıtda 9 yaşlı uşaq dəm qazından boğulub

21 Noyabr 2026 - 11:22
Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.