"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Bu, dünya tarixində görünməmiş hadisədir”

23 Noyabr 2015 - 09:30
in MƏDƏNİYYƏT
FacebookVatsap

Səməd Vurğun adına Rus Dram Teatrı yeni qastroldan qayıdıb. Teatr Litvadakı Rus Dram Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin dünya premyerasında iştirak edib. 

Bunu da oxuyun

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

 

Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin səfərdən sonra verdiyi müsahibəni təqdim edirik:

 

Onların əksəri ilə şəxsən ünsiyyətdə olmuşam

 

– Səməd Vurğun adına Rus Dram Teatrının yeni teatr ili, daha dəqiq desək, 95-ci teatr mövsümü çox maraqlı başladı. Oktyabrda Tiflisdə Rus Teatrlarının Beynəlxalq Konqresində iştirak etdiniz. Sonra teatrın kollektivi Sankt-Peterburqa qastrola getdi. Amma bu səfərlər arasında daha bir hadisə oldu: Siz Litvadakı Rus Dram Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin dünya premyerasında iştirak etdiniz. Bu qədər təəssürat hissindən yüklənməmisiniz ki?

 

– Xeyr, yüklənmə ola bilməz. Əksinə, hiss edirəm ki, ümumi teatr prosesində hansısa yeni dövr başlayıb və bu dövr özündə həm çoxlu yeni məlumatlar daşıyır, həm də həyatımıza yeniliklər gətirir.

 

– Teatr xadimlərinin Tiflisdə Qriboyedov adına Rus Dram Teatrının 170 illiyinə həsr olunmuş Beynəlxalq Konqresi sizin həyatınıza xüsusi nə gətirə bilərdi?

 

– Mən, sadəcə, forum haqda təəssüratlarımı söyləyəcəyəm. Ondan başlayım ki, ora yalnız keçmiş Sovet İttifaqının rus teatrlarının nümayəndələri gəlməmişdilər. Türkmənistan, Ukrayna, Tacikistan, Qazaxıstan, Litva, Estoniya, Ermənistan, Rusiya, Moldova, Belorus kimi dövlətlərlə yanaşı, forumda Avstriya, Danimarka, ABŞ, İsrail, Bolqarıstan, Finlandiya və s. ölkələr iştirak edirdi. Açığı, bu, məni təəccübləndirdi. Onların əksəri ilə şəxsən ünsiyyətdə olmuşam, həmçinin çıxış edənlərin məruzələri əsasında gəldiyim qənaəti sizlərlə bölüşürəm. Etiraf edim ki, bu nəticə məni sevindirdi. Mübaliğəsiz deyirəm ki, Azərbaycanda dövlətimizin rus teatrına münasibəti çox yaxşıdır. Ölkəmizdə teatrın inkişafını istiqamətləndirən 10 illik dövlət proqramı var ki, biz də bu proqramdan istifadə edirik. Bizim teatrda ildə 300 tamaşa göstərilir. Bu, onu göstərir ki, tamaşaçı bizim teatra gəlir. Halbuki digər ölkələrin rusdilli teatrları bu cür nailiyyətlərlə öyünə bilməz. Onlardan bəzilərinin bir ildə oynadığı tamaşanı biz bir ayda oynayırıq. Bizim ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdləri verilir, bu, başqa ölkələrdə yoxdur. Ölkəmizdə rejissor tamaşanın müəllifi sayılır və onun hüquqları qanunla qorunur. Və deyə bilərəm ki, bu, malik olduqlarımızın tam siyahısı deyil.

 

Tamaşaların ikisi də anşlaqla keçdi

 

– Deməli, siz orada bir çox görkəmli xadimlərlə qeyri-formal şəraitdə ünsiyyətdə olmusunuz?

 

– Bəli, bir çoxları ilə. Məsələn, Oleq Basilaşvili, Yonas Vaytkus, Anton Proxorov və başqaları…

 

– Basilaşvili və Vaytkus bizim oxuculara tanışdır. Bəs, Proxorov kimdir?

 

– O, Rusiya Federasiyasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Xaricdəki Rus Teatrlarına Dəstək Federal Mərkəzinin baş direktorudur. Məhz bu mərkəz bizi noyabrın 8-dən 14-dək Sankt-Peterburqa qastrol səfərinə dəvət etmişdi.

 

– Qastrol səfəri barədə daha ətraflı məlumat verərdiniz…

 

– Sankt-Peterburqa A.Şarovskinin “Fedra” və “Maskarad” tamaşasını aparmışdıq. Vasilevski adasındakı teatrda oynadığımız tamaşaların ikisi də anşlaqla keçdi. Deyəsən, piterlilər hətta bakılıların belə görmədiyi parlaq aktyor oyununa tamaşa etdilər. Öz səhnəsində bizi mehribanlıqla qəbul edən teatra, tamaşaçılara, əlbəttə ki, bu səfərin təşkilinə görə sözügedən mərkəzə minnətdarıq. Bundan başqa, bu səfərdə bizi dəstəkləyən, milli teatr mədəniyyətinin bir hissəsi kimi bizə diqqət göstərən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamova minnətdarıq. İnanın ki, belə səfərlər çox vacibdir. Dövlət nümayəndələrinin belə tədbirlərdə iştirakı həm də onun şəxsi vətəndaş mövqeyini göstərir. Bundan başqa, bizim tələbə aktyorlar Ermitajda, Teatr muzeyində, Rus Təsviri İncəsənət muzeyində, digər rus teatrların tamaşalarında oldular. Bu da çox vacib məqamdır. Çünki aktyorlar öz biliklərini artırmalıdırlar, yaradıcılıqlarını əsl sənət təəssüratları ilə zənginləşdirməlidirlər. Xüsusilə nəzərə alsaq ki, şəhər özü də sənət əsəridir.

 

Bu, dünya tarixində görünməmiş hadisədir

 

– Basilaşvili qarşıdakı səfərə necə hazırlaşır?

 

– O, Bakıda görüşümüzü səbirsizliklə gözləyir, çünki dekabrda Peterburq Akademik Dram Teatrı Bakıya gələcək. Dekabrın 20-21-də bizim teatrın bayram günlərində (teatrın 95 yaşı olur)  o öz partnyoru Alisa Freydlix ilə birlikdə bakılılar üçün “Dyaduşkin son” tamaşasını oynayacaqdır. Ümid edirəm ki, biz bu tamaşanın nümayişini təşkil etməklə tamaşaçılara xoş ovqat bəxş etmiş olacağıq. O cümlədən, Rusiyanın məşhur teatrlarının Bakıya dəvət edilməsi ilə bağlı bizə yazılı müraciət edən cənab Ələsgərova demək istəyirəm ki, biletlər artıq kassada satılır.

 

– Vilnüsdə, Litva Rus Teatrında maraqlı nə baş verdi?

 

– 2012-ci ildə bizim teatrda Nizaminin “Yeddi gözəl” poeması əsasında tamaşa qoyan Yonas Litva Rus Dram Teatrında bu tamaşaya yeni quruluş verib. Bu, dünya dram teatrları tarixində görünməmiş hadisədir. Nəzərinizə çatdırım ki, Nizaminin əsərləri heç vaxt dram teatrlarında səhnələşdirilməyib. Çünki o, pyes yazmayıb. Bu “Yeddi gözəl” tamaşası bizim quruluşa bənzəmirdi. O, əsəri özü yenidən səhnələşdirib və yeni quruluş verib. Nizaminin Avropa Birliyi ölkələrinin birinin dram teatrının səhnəsində oynanılması məni çox məmnun etdi. Onu da deyim ki, tamaşa Litvada uğur qazanmaqdadır. Çünki tamaşaçıların Nizaminin yaradıcılığına, sənətinə böyük marağı var, bunu litvalı rejissor edib. Ola bilər ki, bizim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,  Yonasın yaradıcı marağı, onların və bizim aktyorların sayəsində Nizami dram teatrlarının yaradıcılığında haqlı yerini tutacaq.

 

Mənim aktyorlarımdan yaxşısı yoxdur

 

– Kimin tamaşası daha yaxşıdır?

 

– Hamı bu haqda danışır, düşünür, fikir mübadiləsi aparır. Amma ümumiyyətlə, belə danışmaq olmaz. Əgər Yonas Vaytkus bu tamaşanı bizim quruluşda qoysaydı, biz bu barədə fikir söyləyə bilərdik. Lakin o, səhnə estetikası, quruluş qrupu və aktyorlarla iş baxımından tamamilə fərqli tamaşa qoyub. Bunlar tamamilə iki müxtəlif səhnə əsəridir.

 

– Onda sualı fərqli qoyaq: hansı teatrın aktyorları daha yaxşı oynayır?

 

– Bizimkilər və litvalılar yaxşı işləyirlər. Sadəcə, bu, Nizaminin fikir və hisslərinin müxtəlif üslubda təcəssümüdür. Ancaq açıq deyim ki, mənim üçün mənim aktyorlarımdan yaxşısı yoxdur və ola da bilməz!

 

– Müsahibələrinizin birində demişdiniz ki, “Nizami” davamı olan beynəlxalq layihədir. Nəyin davamı olacaq? Artıq hər iki teatrda əsər tamaşaya qoyulub.

 

– Əvvəla, söhbət nazirliyin təklif etdiyi mübadilə səfərlərindən gedirdi. İkincisi, səhnə qrupu da beynəlxalqdır. Bizim ölkəmizdən bu qrupda Tahir Eynullayev yer alıb. O, Litvaya tamaşada plastik səhnə quruluşunu həyata keçirmək üçün  yollanıb. Və demək lazımdır ki, o, çox professional səviyyədə öz işini görüb.

 

Previous Post

“Bu, dünya tarixində görünməmiş hadisədir”

Next Post

İlk geni dəyişdirilən məhsulun satışına icazə verildi

Bənzər yazılar

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

09 Oktyabr 2026 - 11:49

Bakıda İsveçrə və Azərbaycan musiqiçiləri və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib....

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı vəfat etdi

08 Oktyabr 2026 - 17:45

Xalq artisti Məleykə Əsədovanın 29 yaşlı bacısı qızı Mina dünyasını dəyişib. Elchi.az xəbər verir ki, bu barədə şairə Nazilə Səfərli...

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51

Azərbaycanlı şair-jurnalist, publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Gürcüstan Yazıçılar Birliyinin (GYB) üzvü seçilib. Tbilisi şəhərində Gürcüstan Yazıçılar Birliyinin...

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52

Azərbaycanın “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakı ilə bağlı qərar verilib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, ölkəmiz gələn il də...

Next Post

İlk geni dəyişdirilən məhsulun satışına icazə verildi

İlk geni dəyişdirilən məhsulun satışına icazə verildi

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.