Bu dərman apteklərdə tapılmır

57

Bipolyar affektiv pozuntu və epilepsiyanın müalicəsində istifadə edilən “Depakin Chrono” adlı dərmanın apteklərdə tapılmamasına dair yayılan məlumatlara aydınlıq gətirilib.

Elchi.az-ın xəbərinə görə, Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sözügedən dərman vasitəsi mütəmadi olaraq ölkəyə idxal olunur.

“”Depakin chrono” ilə bağlı 2022-ci ilin ikinci yarısı ərzində idxal məlumatlarını təqdim edirik:

1. “Depakin chronosfera” 100 mq. Qranul №30 – 28.06.2022 ci il – 97 qutu,
2. “Depakin chrono” 300 mq. tablet №100 – 14.10.2022 – 4118 qutu,
3. “Depakin chronosfera” 250 mq. Qranul № 30 – 05.12.2022 – 65 qutu,
4. “Depakin chrono” 500 mq. Tablat №30 – 12.12.2022 – 900 qutu.
5. “Depakin” şərbət 150 ml. №1 – 28.12.2022 – 7920 qutu.

Əlavə olaraq bildiririk ki, “Depakin chrono” 300 mq və 500 mq tabletlərin idxalı üçün 06.01.2023-cü ildə yeni müraciət daxil olub və növbəti həftə ərzində bütün prosedurların tam yekunlaşacağı gözlənilir. Bu proseduralar tam yekunlaşan kimi idxal miqdarı barədə məlumat veriləcək” – deyə cavabda qeyd olunub.