Bu yaxınlarda İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız parlament, əyalət, bələdiyyə məclislərində yer alıblar.
Bu barədə Elchi.az-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Sosial Demokratlar Partiyasından Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz Partiyasından Aida Kərimli Vastara Hötaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat Partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük nailiyyətdir. Həm də soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu, həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”, – E.Eltürk bildirib.
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı video paylaşılıb. Elchi.az xəbər verir ki,...






















Son şərhlər