Səfirlik ərazisi Azərbaycan torpağı sayılır və bu hücum Azərbaycana qarşı hücumdur.
Bu sözləri Elchi.az-a açıqlamasında Güney Azərbaycan Televizyasının (GünazTV) rəhbəri Əhməd Obalı Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı deyib.
“Bu hadisəyə görə ilk növbədə Tehran hakimiyyəti və və İran rəhbərliyi ittiham olunmalıdır. Bu, ilk dəfə deyil. Bundan öncədə Tehran hakimiyyəti Azərbaycan hakimiyyəti və diplomatlarını dolayı yollarla terrorla hədələyib. İran Azərbaycanın hansı ölkələrlə münasibət qurub-qurmayacağı məsələlərinə müdaxilə edir. Bu hadisə də Azərbaycana başqa ölkələrlə qurduğu münasibətə görə təzyiqdir”, – Ə.Obalı qeyd edib.
O vurğulayıb ki, hadisəni törədən şəxs Azərbaycan Respublikasına təhvil verilməlidir və o, Azərbaycan qanunları ilə mühakimə olunmalıdır.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər