“Ukraynada müharibə həlledici məqamına yaxınlaşır. Tərəflər ciddi hücum üçün hazırlıq görürlər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Analitik qeyd edib ki, artıq Rusiyanın 50 minlik ordu ilə Luqansk istiqamətində hücuma keçdiyi xəbərləri gəlib:
“Qərb Ukraynaya NATO arsenalına olan bütün silahlardan verməyə başlayıb. Ukraynalı pilotlar İngiltərənin “Tayfun” qırıcılarından istifadə etməyi belə təlim edirlər. Bu təyyarələrdə təlimdən sonra bütün növ NATO qırıcılarından istifadənin mümkün olduğu deyilir. “PETRİOT” hava hücumundan müdafiə sistemləri artıq verilib. 150km və daha uzun məsafəli raketlər də verilib. NATO-nun əsas döyüş tankları “Leopartd-2” və “M1 Abrams” tanklarının verilməsi artıq qərarlaşdırılıb və başlanılıb.
Ukrayna artıq rəsmi olmasa da bir NATO ölkəsinə çevrilib və NATO-nun 5ci maddəsi də belə demək olarsa, işə düşüb. Anqlo-saks dünyasının lideri B.Britaniya Baş naziri R.Sunak Zelenski ilə görüşdə: “Bu il müharibənin Ukraynanın tam qələbəsi ilə başa çatması üçün hər bir kömək ediləcək”- deyib.
Rusiya da öz fikrincə, müharibəyə ciddi hazırlaşıb. Təbii ki, hansısa sürprizlər hazırlaya bilib. Amma iqtisadiyyat getdikcə çətin duruma düşür. Büdcənin gəlirləri yanvar ayı üçün neft və qazdan gələn vegilərdən 46% azaldığı halda xərcləri 59% artıb. Bu da hərbiyə qoyulan xərclər hesabına artışdır. Ölkədən xarici şirkətlər 200 milyard pul çıxarıblar. Büdcədə neftdən gələn gəlirlər 50 dollar nəzərdə tutulur, amma faktiki satış 47 dollar ətrafında olur, çünki Rusiya məcbur nefti satış qiymətindən 30%-40% aşağı satır. Rusiya son gücünü toplayıb hücum etməyə planlaşdırır. Bu da alınmasa Rusiyanın çöküşü başlayacaq”.
Yeganə