Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Dübəndidəki “Mağara” abidəsinə kənar müdaxilələrin qarşısının alınması ilə bağlı göstəriş verib.
Dövlət Xidmətindən Elchi.az-a bildirilib ki, o, Nardaran Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə tanış olub.
Qoruq əməkdaşları ilə keçirilən görüşdə qoruğun işinin müasir tələbləri səviyyəsində qurulması, burada yerləşən abidələrin təbliği, təşviqat işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.
İyirmi iki tarix-mədəniyyət abidəsinin yerləşdiyi qoruq ərazisindəki tarixi abidələrin hazırki vəziyyəti ilə maraqlanan xidmət rəisi Nardaran qəsri, Xan bağının köşkü və karvansara ilə bağlı lazimi göstərişlər verib.
A.Cəfərli həmçinin Xəzər rayonu, Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən üzərində qayaüstü təsvirlər olan “Mağara” abidəsinə baxış keçirib.
Xidmət rəisi e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə kənar müdaxilələrin qarşısının alınması və qorunması ilə bağlı göstəriş verib.
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır
Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...





















Son şərhlər