Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin edilib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Anar Tağıyev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib
Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...






















Son şərhlər