Elchi.az Britaniyanın Daily Mail nəşrinə istinadən xəbər verir ki, gələn ay keçiriləcək iclasda müttəhim süni intellektdən məsləhətlər alacaq.
Məqalədə qeyd olunur ki, tezliklə nə hakimlər, nə prokurorlar, nə vəkillər – bir möhkəm süni intellekt olmayacaq.
“Fevralda baş tutacaq məhkəmə prosesi tarixə düşəcək, ilk dəfə olaraq müttəhimə süni intellekt vasitəsilə məsləhət verilir. Texnologiya 2015-ci ildə park cərimələrinə etiraz etmək üçün yaradılmış DoNotPay şirkətinin məhsullarına əsaslanır.
Müəllif vurğulamışdır ki, dünyanın ilk robot hüquqşünası müttəhimin smartfonu üzərində işləyəcək və müdafiə zamanı nə deyəcəyi ilə bağlı müştərisinə göstəriş vermək üçün şərhləri öyrənəcək.
Robotun yaradıcısı Coşua Brauderin dediyi kimi, “Bir çox hüquqşünaslar sənədləri kopyalayıb yapışdırmaq üçün sadəcə çox pul tələb edirlər və məncə, onlar mütləq dəyişdiriləcək və bunu etmək lazımdır”.
Şayəstə