Britaniya Ukrayna hərbçilərinin hazırlığından şikayətləndi

114

Britaniyalılar Ukrayna Silahlı Qüvvələrinin  hərbi qulluqçularının təlim keçdiyi Lidd Ranges poliqonundan gələn səs-küydən şikayətləniblər. Elchi.az xəbər verir ki, bu barədə “Times”in köşə yazarı Corc Qrills məlumat verib.

Onun sözlərinə görə, Lidd sakinləri şəhər şurasından hərbi bazaya qarşı tədbir görülməsini xahiş ediblər, çünki partlayışlar və ərazidən gələn tüstü onları narahat edir.

Qeyd edək ki, Lidd Ranges poliqon komandiri podpolkovnik Mark Pauel şəhər əhalisi ilə yaxşı münasibətlər saxlamaq istədiyini söyləyib.  Böyük Britaniyanın Müdafiə Nazirliyi hərbi təlimlərin sayını üçdə bir azaltmağa razılaşıb.

Havar Şəfiyeva