Britaniya Silahlı Qüvvələri ən qabaqcıl dronları itirir-SƏBƏB?

53

Britaniya silahlı qüvvələri beş il ərzində alınması ləngidiyinə görə ən qabaqcıl pilotsuz təyyarələrdən məhrum olub və bu, yarım milyard funt-sterlinqdən çox başa gəlib.

Elchi.az News.am-a istinadən bildirir ki, Müdafiə Nazirliyi Britaniya RAO-nun kəşfiyyat və müşahidə əməliyyatlarında istifadə edilməsi üçün 16 pilotsuz uçuş aparatı sifariş edib.

Onların dəyəri 2016-cı ildəki 816 milyon funt-sterlinqdən 1,35 milyard funt-sterlinq proqnozlaşdırılan büdcəyə yüksəlib və nazirlər MN-nin mövcud “Reaper” proqramını genişləndirmək üçün əlavə 50 milyon funt-sterlinq xərcləyəcəklər.

Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Castin Bronk “The Telegraph”-a bildirib ki, “Protector ATS” “Reaper” ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Onun sözlərinə görə, əsas üstünlüklərdən biri onların mülki hava məkanında əməliyyat üçün lisenziyaya malik olmasıdır, ancaq “Reaper”-də bu xüsusiyyətlər yoxdur. Bronk bildirib ki, mövcud olduqdan sonra pilotsuz təyyarələr NATO sərhədləri boyunca əlavə kəşfiyyat uçuşları həyata keçirmək üçün istifadə edilə bilər.

Yeganə