Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib

36

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.

Elchi.az xəbər verir ki, səfir “Twitter“ hesabında qeyd edib ki, bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edir.

“Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – diplomat qeyd edib.