70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun.
Elchi.az xəbər verir ki, bunu Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld deyib.
O, 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Əziz Azərbaycanlılar, 28 may Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi və Şərqdə ilk demokratik respublikanı qurdu. Bu respublikanın dəyərləri bizim bu gün də yaşatdığımız dəyərlərdir: azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı. 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun. Bir kərə yüksələn bayraq bir daha enməz. Bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm”.
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib
16 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə...





















Son şərhlər